Ekoloji Ekspertiza Agentliyi: Cari ildə müraciətlər əsasında 704 yaşıllıq götürülüb
Bakı, 30 dekabr, AZƏRTAC
Cari ildə yaşıllıqların götürülməsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyinə 2254 müraciət daxil olub. Həmin müraciətlər əsasında 704 yaşıllıq götürülüb.
AZƏRTAC xəbər verir ki, bunu agentliyin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin dövrdə yaşıllıqların toxunulmaz qalmasına və digər məsələlərlə əlaqədar vətəndaşlara və təşkilatlara 1532 məktub göndərilib: "İl ərzində 221 vətəndaş yaşıllıqların budanması və aradan qaldırılması üçün müraciət edib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə avtomobil və dəmir yollarının çəkilməsi ilə bağlı yaşıllıqların götürülməsi ilə bağlı müraciət olunub və bunun əsasında rəy verilib".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]