“Ekoloji Park” layihəsi uğurla davam etdirilir
Bakı, 3 noyabr (AZƏRTAC). H.Z.Tağıyev adına NQÇİ-nin ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi tərəfindən salınan “Ekoloji Park”da layihə üzrə alternativ enerji mənbələrinin quraşdırılması işləri uğurla başa çatdırılmışdır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ərazidə hər birinin gücü 10 kilovat/saat olan 4 külək generatoru və ümumi layihə gücü 20 kilovat/saat olan günəş batareyaları quraşdırılmışdır. Ekoloji təmiz mühitin yaradılması və atmosferə atılan zərərli qazların miqdarının azaldılması məqsədi ilə 3 elektromobil, 21 velosiped alınmışdır. Onlardan əsasən parkın qonaqlarının və digər ziyarətçilərin ərazidə gəzintlərinin təşkili və kiçik qabaritli yüklərin daşınmasında istifadə olunması planlaşdırılmışdır. Həmin nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün əsasən külək və günəş generatorlarından alınan elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]