Ekoloji qanun pozuntuları ilə bağlı 70 müraciətə baxılmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat ərzində fəaliyyət göstərən “Qaynar xətt”i (539-18-63, 538-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanun pozuntuları barədə müraciətlər qəbul edilir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin oktyabr ayı ərzində “Qaynar xətt”ə daxil olmuş 70 müraciətin 12-si ağacların kəsilməsi, 49-u ağacların aşma təhlükəsi ilə əlaqədardır. Müraciətlərin 9-u isə məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küylə bağlı olmuşdur.
Nazirliyin əməkdaşları şikayətləri yerində araşdıraraq, qanunamüvafiq tədbirlər görmüşlər.
Bununla yanaşı, araşdırmalar zamanı müraciətlərin əksəriyyətinin şəxsi münaqişələri həll etmək məqsədi daşıdığı məlum olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]