Ekspert: İnformasiya təhlükəsizliyi riskləri boşluqlar üzərindən formalaşır
Bakı, 27 fevral, Pərvanə Qafarova, operator Ələkbər Baxşıyev, AZƏRTAC
İnformasiya təhlükəsizliyi risklərinin əsas mənbəyi təhdidlərin aktivlərdə mövcud boşluqlardan istifadə etməsidir.
AZƏRTAC xəbər verir ki, bunu İnformasiya təhlükəsizliyi menecmenti üzrə müstəqil ekspert Elçin Əliyev “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, təhdidlərin qarşısını tam almaq mümkün olmasa da, aktivlərdəki boşluqların azaldılması risklərin minimuma endirilməsinin əsas yoludur.
Ekspert bildirib ki, risklərin qiymətləndirilməsi ISO 31000 və ISO/IEC 27005 yanaşmalarına uyğun olaraq təhdid, ehtimal və fəsadların kombinasiyası əsasında aparılmalıdır: “Bu proses rəqəmsal ekosistemin və informasiya təhlükəsizliyi ekosisteminin arxitekturasının müəyyənləşdirilməsindən başlayır və PDCA (Plan–Do–Check–Act) modeli üzrə davamlı təkmilləşdirmə ilə aparılmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]