“Əl-Cəzirə”nin meneceri: Şuşada beynəlxalq forumda iştirak etməkdən qürur duyuruq
Şuşa, 22 iyul, Həşim Güləmirov, AZƏRTAC
Hamımız qürur hissi duyuruq ki, belə bir yerdə - Şuşada beynəlxalq forumda iştirak edirik.
AZƏRTAC xəbər verir ki, bunu “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Muhəmməd Talal Əbdülkərim Şuşada keçirilən Beynəlxalq Media Forumu çərçivəsində təşkil olunan “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar” adlı panel iclasında söyləyib.
“Medianın hamı tərəfindən güvənilən struktur olması üçün çalışmaq vacibdir. Kütləvi informasiya vasitələrinin üzərilərinə düşən vəzifə isə etibarlı məlumatları çatdırmaqdır. Azərbaycanda Medianın İnkişafı Agentliyinin yarandığını görəndə çox sevindim. Bu, daha faydalı, obyektiv və operativ iş görmək üçün imkan yaradır”, - deyə menecer bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]