EL ESPAÑOL: Bakı, Azərbaycanda ənənələr və müasirlik
Madrid, 10 mart, AZƏRTAC
“EL ESPAÑOL” portalında paytaxtımızın mədəniyyətinə və tarixi irsinə həsr olunmuş ”Bakı, Azərbaycanda ənənələr və müasirlik” sərlövhəli məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə Bakının Azərbaycanın elmi-texniki və sənaye mərkəzi olduğu bildirilir. Tarixi yaddaşın müasirliklə daima təmasda olduğu bu şəhərin bənzərsiz gözəlliyini seyr etməkdən ötrü buraya səyahət etmək arzusunda olanların sayı gün-gündən çoxalır.
Bakının tarixi keçmişi, coğrafi mövqeyi barədə məlumat verən məqalənin müəllifləri İçərişəhərin Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irs obyektlərinin siyahısına daxil olmasını vurğulayırlar.
“EL ESPAÑOL” ispaniyalı turistləri dəb, şoppinq və musiqi həvəskarları üçün ideal istirahət məkanı ola biləcək Bakıya səyahətə dəvət edir. ”Kristal-holl”da və Heydər Əliyev mərkəzində il ərzində dünya ulduzlarının konsertləri, Bakı Caz mərkəzində isə müxtəlif caz üslublarında şoular təşkil olunur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]