ƏL-KÜVEYT HAVA LİMANINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Əl-Küveyt, 10 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Küveyt Dövlətinə rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Küveytin dövlət bayraqları ilə bəzədilmiş Əl-Küveyt beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi təyyarənin pilləkəni yanında Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt vəliəhdi şeyx Nəvvaf əl-Əhməd əs-Sabah, Milli Məclisin sədri Casim Məhəmməd əl-Xərafi, Baş nazir şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə gül dəstəsi təqdim etdilər.
Azərbaycanın və Küveytin dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.
Küveyt Dövlətinin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri əmir şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təqdim edildi.
Sonra dövlət başçıları arasında qısa protokol söhbəti oldu.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |









