Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük

Bakı, 25 mart, AZƏRTAC

Azərbaycan Prezidentinin AzTV-yə müsahibəsində yer alan fikirlər koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə istər dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, medianın və təbii ki, vətəndaşlarımızın bundan sonra atacağı addımlar, sərgiləyəcəyi davranışlar, uğurlu nəticəyə hesablanmış birliyimiz, həmrəyliyimiz üçün vahid yol xəritəsidir. Təsadüfi deyil ki, dövlətimizin başçısı milli birliyimizi, həmrəyliyimizi qarşımızda duran bütün vəzifələrin həllində əsas hərəkətverici, stimullaşdırıcı amil kimi dəyərləndirir.

Bu sözləri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, bu günə qədər görülən işlərin, atılan addımların koronavirus təhlükəsinin qarşısının alınacağına və ölkəmizin bu ekstremal vəziyyətdən az itkilərlə çıxacağına böyük ümidlər yaratması da məhz Prezident İlham Əliyevin vurğuladığı amillərlə bağlıdır. İctimai rəydə belə bir qənaətin formalaşmasına zəmin yaradan amillərdən biri də, şübhəsiz ki, bu günə qədər görülmüş işlərin vaxtında və düzgün atılmış addımlarla müşayiət olunmasıdır. Prezidentin də qeyd etdiyi kimi, qəbul edilmiş konkret qərarlar və yol xəritəsi vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Bununla yanaşı, bir məqamı da xüsusi olaraq diqqətə almaq lazımdır. Koronavirus olduqca ciddi bir təhlükədir. İnkişaf etmiş ölkələrin böyük şəhərlərində pandemiyanın çox faciəvi nəticələrə gətirib çıxarması da bunu sübuta yetirir. İndiki məqamda bizim üçün ən önəmli məqamlardan biri Azərbaycanın digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlaması, virusun yayılmasının qarşısının alınması istiqamətində qəbul edilən qərarların və atılan addımların hadisələrin inkişaf dinamikasına uyğun, bir çox hallarda isə önləyici xarakter daşımasıdır.

Qlobal təhlükəyə qarşı qlobal məsuliyyət

E.Mirzəbəyli bildirib ki, Azərbaycan bir çox ölkələrdən fərqli olaraq koronavirusun yayılması ilə bağlı çağırışları ilk gündən ciddi təhlükə kimi qəbul etdi və qarının alınması istiqamətində ciddi tədbirlər həyata keçirməyə başladı. Koronavirusun yayılması təhlükəsinə münasibətdə İtaliya kimi inkişaf etmiş bir ölkənin, qonşu İranın və bir sıra digər dövlətlərin çevik reaksiya verməmələri təəssüf ki, olduqca acınacaqlı bir nəticənin ortaya çıxmasına zəmin yaradıb. Azərbaycan dövləti isə təhlükənin yarandığı ilk günlərdən nəinki öz vətəndaşlarının həyati təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atdı, hətta qlobal məsuliyyətini dünyanın bir sıra aparıcı ölkələrindən daha çox dərk etdiyini, humanizm prinsiplərini üstün tutduğunu konkret əməli addımlarla sübuta yetirdi, beynəlxalq münasibətlər sistemində nümunəvi bir dövlət olduğunu göz önünə sərgilədi. Buna misal olaraq, ölkəmizin koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və qonşu İrana verdiyi maliyyə dəstəyini göstərmək olar. Şübhəsiz ki, ölkəmizin ÜST-ə və qonşu İrana göstərdiyi maliyyə yardımı həm də Azərbaycan vətəndaşlarının həyati təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Çünki koronavirus qlobal təhlükədir və bu problemin bir ölkənin sərhədləri daxilində həmişəlik həlli mümkün deyil. Bu baxımdan ölkəmizin sərgilədiyi mövqeyini, eyni zamanda, qlobal miqyasda həmrəyliyə çağırış və bu məqsədlə göstərilən praktik nümunə olaraq dəyərləndirmək lazımdır.

Siyasi ekspertin sözlərinə görə, koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, sərhədlərin bağlanması, kütləvi tədbirlərin qadağan edilməsi, ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının təhlükəsiz bir şəkildə ölkəmizə gətirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, virusun yayılmasının minimuma endirilməsi məqsədilə karantin rejiminin tətbiqi, tibb işçilərinin əməyinin qiymətləndirilməsi, sahibkarların, aztəminatlı ailələrin müdafiəsi istiqamətində qəbul olunan qərarlar və nəhayət, Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaradılması Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə necə sistemli və ardıcıl bir siyasət yürütdüyünü sübuta yetirir. Qeyd etmək lazımdır ki, Azərbaycan Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaratmaqla həm də bir ilkə imza atdı. Bu arada Fondun yaradılması ilə bağlı bir məqama da diqqət çəkmək istəyirəm. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını sadəcə bu pandemiyanın qarşısının alınmasına əlavə vəsaitlərin cəlb edilməsi üçün bir vasitə kimi baxmaq, düşünürəm ki, çox bəsit yanaşma olardı. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ilk növbədə bu qlobal təhlükəyə qarşı vahid milli mövqenin, birlik və həmrəyliyin əməldə nümayişi üçün bir vasitədir.

E.Mirzəbəylinin fikrincə, Azərbaycan dövləti vətəndaşların sağlamlığını qorumaq, onların təhlükəsiz və layiqli həyatını təmin etmək üçün bütün mümkün addımları atır. Məqsəd isə bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxmaqdan ibarətdir. Yəni bütün digər məsələlərdə olduğu kimi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin təməlində də insan amili dayanır. Amma bu proses qarşılıqlı yanaşma tələb edir. Dövlət nə qədər güclü olsa da vətəndaşın dəstəyi, həyata keçirilən tədbirlərə anlayışlı münasibəti, qaydalara istisnasız əməl etməsi, məsuliyyətli davranışı olmadan bu mühüm vəzifənin öhdəsindən gələ bilməz. Məhz bu səbəbdən də Prezident İlham Əliyev öz müsahibəsində növbəti dəfə ölkə vətəndaşlarına öz ismarışlarını çatdırdı və qeyd etdi ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq.

“Biz birlikdə güclüyük!” - hesab edirəm ki, Azərbaycan Prezidentinin bu sözləri koronavirusla mübarizənin leytmotivinə çevrilməlidir. Dövlətimizin başçısı güclü olmanın düsturunu bir daha Azərbaycan cəmiyyətinə xatırlatdı: Milli birlik və həmrəylik! Birlik isə bətnində əməli davranışları daşıyan, daha məsuliyyətli, mərhəmətli, vicdanlı olmağı tələb edən bir anlayışdır. Bizim bir xalq olaraq keçdiyimiz yol, daşıdığımız dəyərlər, mənsub olduğumuz mədəniyyət də gerçək bir azərbaycanlı olmaq üçün məhz bu keyfiyyətləri tələb edir”, - deyə ekspert vurğulayıb.

Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə qalib gəlməyə imkan verəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO