Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Sultanov: Hər il Azərbaycandan cəmi bir ağ durna keçir

Elçin Sultanov: Hər il Azərbaycandan cəmi bir ağ durna keçir

Bakı, 11 sentyabr, AZƏRTAC

Su-bataqlıq quşları olan durnalar ölkəmizdə qamışlı göllərdə, şimal ölkələrində isə meşə bataqlıqlarında, meşənin açıq yerində yuvalayır. Adətən xırda heyvanlarla yemlənirlər. Bəzən dən də yeyə bilirlər. Lakin əsas yemi xırda onurğasızlar, həşəratlar, ilbizlər, hətta xırda kərtənkələ və ilanlardır.

Azərbaycanda durnanın 3 növünə rast gəlinir: adi durna yaxud boz durna, qəşəng durna və ya telli durna, bir də ağ durna. Hər üç növ Azərbaycanın “Qırmızı kitab”ına salınıb. Onlardan ikisi dünyada geniş yayılıb. Onlar arasında ağ durna həm dünya, həm də Azərbaycan “Qırmızı kitab”ına daxil edilib. Digər növlər hələ ki, böyük təhlükədə deyil. Vaxtilə digər növlər də təhlükədə olublar, lakin xüsusi qorunma tədbirləri indi onları yaxşı vəziyyətdə saxlayır.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov deyib.

Elçin Sultanov bildirib ki, çöl növü olan telli durna Ukrayna, Rusiya və Qazaxıstanın çöllərində yuvalayır. Qışlaması isə Afrikada və bəzi Asiya çöllərində keçir. Durnanın bu növü ildə iki dəfə yolunu Azərbaycandan salır. May-iyun və sentyabr-noyabr aylarında telli durnanı Azərbaycan çöllərində görmək olur. Xüsusilə də dəniz, göl qırağı ərazilərdə, məsələn Şirvan Milli Parkında telli durnaya rast gəlmək mümkündür. Boz durnanın köç yolu isə həm dəniz qırağından keçir, həm də iri quş olduğuna görə Böyük Qafqazın üstündən keçə bilir. Böyük Qafqazı keçəndən sonra Zaqatala, Göygöl, Naxçıvan istiqamətlərində uçur. Payızda və yazda Naxçıvan şəhərində, Göygöl Milli Parkında 300-600 fərd olan boz durnaya, bəzi hallarda qəşəng durna dəstələrinə rast gəlmək olar. Ağ durna isə dünyanın “Qırmızı kitab”ına daxil edilib. Bir növ kimi tapılanda elə bilirdilər ki, ancaq Qərbi Sibirdə yuvalayır və qışlamağa İran və Hindistana uçur. O vaxt təxminən 100-200 quş var idi. Qısa müddətdə onun populyasiyası demək olar ki, yoxa çıxdı. Hər il Azərbaycandan cəmi bir ağ durna keçir. Həmin durnanı görmək üçün bütün dünyadan quş müşahidəçiləri Şirvan Milli parkına gəlirlər. Həmin quş orada çox vaxt yerə enir, əksər zamanlar milli parkın ərazisindəki Qızılqaz gölündə dayanır, sonra uçur. Lakin elə illər olur ki, dayanmadan milli parkın üstündən uçur. Məsələn, bu ilin yazından ağ durna yerə enmədiyindən və milli parkın üstündən uçduğundan onu görə bilmədilər. Demək olar ki, ağ durna da süni yetişdirilir. Hazırda Qərbi Sibir populyasiyasının damazlıq populyasiyası yaradılıb. Rusiyada xüsusi bir ərazidə 20-30 damazlıq ağ durna saxlanılır. Təbiətdə durna cəmi iki yumurta qoyur, ağ durnanın yumurtasından cəmi bir bala sağ çıxır, o biri mütləq ölür. Amma həmin saxlanma yerində bir durnadan yeddi yumurta ala bilirlər. Onları inkubatorda yetişdirirlər və birdəfəyə bir quşdan 7 bala çıxır. Maliyyə problemi ilə üzləşdiklərindən onlar həmin quşu külli miqdarda təbiətə buraxa bilmirlər. Durnalar uzunömürlü olsalar da , gec-tez həmin ağ durnanın da ömrü sona çatacaq. Nəticədə təbii şəraitdə Qərbi Sibir populyasiyası qalmayacaq. Təxminən 30 il əvvəl Yakutiyada həmin növün elmə məlum olmayan böyük bir yuvalayan populyasiyası tapıldı. Orada təxminən 2 min quş var və Çində qışlayırlar. Onlar qışı Çində keçirib Yakutiyaya yuvalamağa gəlirlər. Ümumilikdə, ağ durna unikaldır və hələ ki, ölkəmizdə onun nümayəndəsi var. Ola bilsin ki, gələcəkdə Rusiyada süni formada artırılan həmin quşdan daha çox sayda təbiətə buraxsınlar. O zaman ölkəmizdə də sayı arta bilər.

“Son illər ölkəmizdəki ekoloji aktivistlər tərəfindən maraqlı bir fakt tapıldı. Tədqiqatlarımızda, Azərbaycanda boz durnanın qışlamasının demək olar ki, olmadığını qeyd etsək də, bir neçə fərd respublikamızın düzən ərazilərdə tapılırdı. Əyriçay su anbarında bir durna, Biləsuvar rayonunda üç durna müşahidə edilmişdi. Lakin niyə belə az? Payız və yaz köçündə yüzlərlə quş böyük dəstələrlə uçur. Burada incə məsələ var. Həmin durnanın yuvalama populyasiyası Avropanın şimallarıdır - Rusiyanın, Almaniyanın, Skandinaviya ölkələrinin şimalı, Polşa, Baltikyanı ölkələrdir. Onlar əsasən su-bataqlıq sahələrdə, ən çox iri heyvanlar, yırtıcılar, insanların əlinin çata bilmədiyi bataqlıqlarda yuvalayırlar. Kiçik bir populyasiya təxminən 30-50 cüt, bəlkə ondan da az Türkiyənin şərqindəki dağlarda və Gürcüstanın müəyyən bir ərazisində, təxminən Van gölünün ətrafı və Gürcüstanın həmsərhəd ərazilərində yuvalayır. Belə çıxır ki, onlar qışlamaya cənuba uçmur, bir hissəsi Azərbaycana qışlamaya gəlir. Yəni onlar cənubdan şimala uçurlar. Azərbaycanda düzən ərazilərdə qış fəsli Türkiyənin və Gürcüstanın dağları ilə müqayisədə mülayimdir. Odur ki, durnalar üçün əlverişli şərait yaranır. Boz durnanın həmin yarımnövünə artivaldi adını veriblər. Məşhur amerikalı alim, Durna Fondunun rəhbəri Corc Artivaldinin şərəfinə adlandırılıb. Bu, yarımnöv sayılır, bəziləri isə onu növ də hesab edirlər. Başının rəngində uzaqdan görünməyən çox cüzi fərq var. Boz durnanın bir yarımnövü kimi ondan çox cüzi xüsusiyyətlərinə görə fərqlənir. Onu seçmək çox çətindir və çox kitablarda adı da yoxdur. Təxminən 20 il əvvəl rusiyalı alim tərəfindən tapılıb. Hazırda durnaların bir növü və bir yarımnövü çox nadirdir. Yarımnövləri dünyanın “Qırmızı kitab”ına salmasalar da, ölkəmizdə yarımnövün “Qırmızı kitab”a salınması halları var. Məsələn adi qırqovul növ kimi “Qırmızı kitab”da olmasa da, Talış qırqovulunu yarımnöv kimi salmışıq. Boz durna növ kimi respublikamızın “Qırmızı kitab”ında olduğuna görə artivaldi yarımnövünü ayrıca daxil etməmişik. Amma həmin yarımnöv boz durnalarla birlikdə qorunur. Mütəxəssislər başa düşürlər ki, çox nadir yarımnöv olduğuna görə xüsusilə qışlama vaxtı tək-tük quşlar Azərbaycanda rast gəlinəndə onları xüsusi qorumaq lazımdır”, - deyə E.Sultanov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib