Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizdə su idman növlərinin, xüsusilə avarçəkmənin inkişafı məqsədilə görülən işlər barədə məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Avropa Kanoe Assosiasiyası arasında imzalanacaq Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]