Əlilliyi olan 52 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Bakı, 19 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may aylarında əlilliyi olan 52 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 28 min 800-nə ambulator, 11 min 800-nə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilir.
Həmçinin stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]