Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elm Günü və günün elmi: yeniləşmə prosesləri

Elm Günü və günün elmi: yeniləşmə prosesləri

Bakı, 27 mart, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda təsis edilmiş Elm Günü dövlətimizin bu sahəyə dəstəyinin daha bir nümunəsidir. Bu günün geniş miqyasda qeyd edilməsi elmin inkişafı ilə əlaqədar məsələlərin gündəmə gətirilməsi, alimlərin xidmətlərinin dəyərləndirilməsi, elm sahəsində keçilmiş yolun müsbət təcrübələrinin, elm sahəsində dünyada gedən proseslərin dərslərindən nəticə çıxarılması, elmi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi vəzifələri özündə cəmləşdirir. Elm Günü akademik elmin, ali məktəb elminin və sahə elminin cəmiyyət qarşısındakı hesabatı və bu istiqamətdə gələcək vəzifələrin müəyyənləşdirilməsi və günün elminin proqnozlaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli söyləyib.

Akademik İsa Həbibbəyli AMEA-nın keçdiyi 80 ilə yaxın məsuliyyətli və şərəfli inkişaf yolunun Azərbaycan elminin çoxəsrlik inkişaf tarixinin xüsusi bir mərhələsi olduğunu vurğulayıb. O qeyd edib ki, Elmlər Akademiyası zəminində Azərbaycanda müxtəlif istiqamətlər üzrə elmi məktəblər yaranıb. Azərbaycan keçmiş Sovet İttifaqında və onun hüdudlarından kənarda neft kimyası, neft geologiyası, yarımkeçiricilər fizikası, paleontologiya, idarəetmə sistemləri, fotosintez və seleksiya sahələri üzrə əsas elmi mərkəz kimi tanınıb. Akademiya, həmçinin ölkəmizdə milli ideyaların, milli dövlətçilik ideologiyasının, milli-mənəvi dəyərlərin əsas inkişaf mərkəzlərindən biri olmaq funksiyasını şərəflə yerinə yetirib.

İsa Həbibbəyli Azərbaycanda cəmiyyət həyatının bütün sahələri kimi, elmin də inkişaf etdirilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb: “Azərbaycan SSR-in rəhbəri Heydər Əliyevin xidmətləri sayəsində Elmlər Akademiyasının maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub, elmi tədqiqatların ölkə həyatı ilə əlaqələndirilməsi üçün geniş imkanlar yaradılıb. Ulu Öndərin uzaqgörənliyi sayəsində humanitar və ictimai elmlərin azərbaycançılıq istiqamətində inkişaf etdirilməsi, Azərbaycan dilinin və milli mədəniyyətin tədqiqi və təbliğinə xüsusi diqqət yetirilməsi xalqımızın gələcək dövlət müstəqilliyinə hazırlanmasına uğurla xidmət göstərib. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 2003-cü ildə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusunun verilməsi elmimizin keçmiş sovet imperiyasının təsirindən xilas edilərək, xalqımızın milli maraqlarına və ölkəmizin dövlətçilik mənafelərinə doğru istiqamətləndirilməsi sahəsində atılmış əhəmiyyətli addımdır. Azərbaycan alimlərinin yubileylərinin keçirilməsi, dövlət mükafatları ilə təltif olunması, yeni elmi nəslin nümayəndələrinin irəli çəkilməsi Heydər Əliyev ideallarının işığında elmimizin tarixinə yazılmış mühüm hadisələrdir”.

Akademik bu gün Azərbaycan elminin Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib. Qeyd edib ki, ölkəmizin inkişaf strategiyasında və milli prioritetlər sırasında elmə dair müddəaların yer alması elmin rolunun daha da artırılması ilə bərabər, həm də cəmiyyət həyatının inkişafına doğru qəti dönüşünün təmin edilməsinə həlledici təsir göstərib: “Müstəqillik dövrü Azərbaycan elminin inkişafında müstəsna dərəcədə böyük rolu olan “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin təşkili, Yüksək Texnologiyalar Parkının yaradılması, AMEA Gəncə bölməsinin, Lənkəran Regional Elmi Mərkəzinin təşkili, AMEA Mərkəzi Elmi Kitabxanasının fəaliyyətə başlaması, Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının yeniləşdirilməsi, Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əsaslı şəkildə yenidən qurulması kimi mühüm addımlar Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində həyata keçirilmiş tədbirlər kimi əhəmiyyətlidir.

Prezidentin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan elminin inkişafında yeni mərhələ başlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının 2023-cü il 3 noyabr tarixdə təsdiq edilmiş yeni Nizamnaməsi AMEA-nın və ümumiyyətlə elmi fəaliyyətin ölkəmizin inkişafında başlanmış yeni epoxanın tələblərinə uyğun şəkildə yenidən qurulmasına geniş meydan açır. Son illərdə yenidən təşkilatlanma və müasir idarəetmə ilə əlaqədar AMEA-da həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycan elminin ölkəmizin inkişafına, müasir dövrün məsul vəzifələrinə doğru inkişaf etdirilməsinə təminat verir. Akademiyada azərbaycançılıq ideyasının ön mövqeyə çıxarılması, yeni tarixi dövrün milli ideologiyasının müəyyən edilməsi istiqamətindəki araşdırmalar elmimizin milli dövlətçilik maraqlarına və milli-mənəvi dəyərlərimizin tədqiq edilərək yeni nəsillərə çatdırılmasına hesablanmış tədbirlərdir. Artıq Azərbaycan ədəbiyyatı tarixinin 10 cildindən 7 cildinin yeni konsepsiya əsasında yazılıb başa çatdırılması, Azərbaycan tarixinin 15 cilddə yenidən yazılması üçün elmi konsepsiyanın və plan-prospektin müəyyən edilməsi, çoxcildlik milli fəlsəfi təlimlər kitabı seriyasının davam etdirilməsi yeni tarixi mərhələnin elmdəki əks-sədasının əməli təzahürüdür. Nəsimi adına Dilçilik İnstitutunda repressiya qurbanı, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevin 1935-1937-ci illərdə ərəbcədən dilimizə tərcümə edilmiş “Divanü-lüğat-it-türk” kitabının 86 ildən sonra üzə çıxarılması və 3 cilddə müqəddimə, giriş məqaləsi və şərhlərlə birlikdə nəşr edilməsi yeni tarixi mərhələnin mühüm elmi naliyyətlərindən biri kimi qiymətləndirilməyə layiqdir. “Qarabağın və Şərqi Zəngəzurun Dialektoloji Atlası”nın hazırlanıb nəşr edilməsi günün elminin əhəmiyyətli nailiyyətlərindən biridir. AMEA-nın elmi-tədqiqat institutlarında aparılan tədqiqatlar və bu mövzuda nəşr edilən kitabların əsasında akademiyanın yeni Qarabağnamələr silsiləsi yaradılıb. Arxeologiya və Antropologiya İnstitutunun Qarabağın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi qazıntılar həm bu diyarın qədim tarixini, həm də I Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri üzə çıxarıb. Bu il arxeoloji tədqiqatların və qazıntıların əhatə dairəsi daha da genişləndirilərək bütün Qarabağı və Şərqi Zəngəzuru əhatə edəcək”.

AMEA-nın “Heydər Əliyev İli”ndə Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinin tədqiq edilib öyrənilməsi sahəsində böyük uğurlara imza atdığını deyən İsa Həbibbəyli akademiyanın alimləri tərəfindən ikicildlik “Heydər Əliyev ensiklopediyası”nın hazırlanması üçün ilkin sözlük bazası üzərində işin başa çatdırıldığını bildirib: “Azərbaycan elmində Ulu Öndərin həyatı və fəaliyyətinin tanıdılmasından və təbliğ edilməsindən fundamental tədqiqatlar əsasında araşdırılıb ümumiləşdirilməsinə keçidi əks etdirən bir kitabxanalıq qədər monoqrafik tədqiqatlar hazırlanaraq nəşr olunub. Akademiyanın Ümumi yığıncağının Xüsusi iclasında, beynəlxalq və respublika miqyaslı konfranslarda dinlənilmiş məruzələr, aparılan müzakirələr dahi rəhbər Heydər Əliyevin şəxsiyyəti, xidmətləri və ideallarının xalqımıza və dünyaya çatdırılmasına uğurla xidmət edir. Eynilə “Nizami Gəncəvi İli”ndə də AMEA Azərbaycan nizamişünaslığının azərbaycançılıq meyarları ilə yeni elmi əsaslarının yaradılmasına mühüm töhfələr verib. Azərbaycanda və xarici ölkələrdə ana dilimizdə və beynəlxalq miqyasda nəşr edilmiş monoqrafik əsərlər və nüfuzlu jurnallarda çap olunmuş məqalələr böyük Azərbaycan şairi Nizami Gəncəvi dühasının sənət qüdrətinə, ölməz şairin milli kimliyinə, nəsil şəcərəsinə, onun dünyamiqyaslı şöhrətinə gur işıq salan yeni araşdırmaların ana xətlərini müəyyən edir.

Prezident İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış konsepsiyasının elmi əsaslarını formalaşdırmaq üçün AMEA-da Qərbi Azərbaycan Tədqiqatları Əlaqələndirmə Şurasının iclasları keçirilərək müvafiq qərarlar qəbul edilib. “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyü üzərində iş başa çatdırılıb, Qərbi Azərbaycana həsr edilmiş elmi əsərlərin biblioqrafiyası kitab halında nəşr edilib. Tarix və Etnologiya İnstitutunda yaradılmış Qərbi Azərbaycan Tarixi, Folklor İnstitutundakı Qərbi Azərbaycan folkloru, Dilçilik İnstitutundakı Toponimika şöbələrində arxiv sənədləri və dövri mətbuat materialları əsasında fundamental tədqiqatların aparılması sahəsində işlər davam etdirilir. AMEA-da Qərbi Azərbaycana dair yaradılan şöbələr və aparılan tədqiqatlar Ermənistan Elmlər Akademiyasında ciddi narahatlıq doğurub və buna görə qonşu ölkənin akademik təşkilatının rəhbəri ölkəsinin Təhlükəsizlik Şurasına müraciət edərək, özlərində də bizə qarşı tədqiqat və təbliğat aparmaq üçün əlavə kömək göstərilməsini xahiş edib. AMEA-nın Tarix və Etnologiya İnstitutu ilə Atatürk Kültür, Dil və Tarix Qurumunun Türk Tarix Qurumu ilə birlikdə ötən ilin noyabrında “Rəvandan - İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq elmi konfrans keçirməklə Qərbi Azərbaycan tədqiqatlarının miqyasını daha da genişləndirib.

İsa Həbibbəyli vurğulayıb ki, akademiyada aparılan islahatlar sırasında elektron hərəkat xüsusi yer tutur. Akademik fəaliyyətin elmmetrik qiymətləndirilməsi, AMEA alimlərinin əsərlərinə istinadların müəyyən edilməsi üçün beynəlxalq elmi bazalarda profillər yaradılması, elmi jurnalların elektron bazasının qurulması, elmi-tədqiqat institutlarında Elektron xidmətlər şöbəsinin təşkili yeni addımlardır: “MDB məkanında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Virtual Elektron Resurslar Sistemi yaradılıb. Türk dövlətləri içərisində Türkiyədən sonra ilk dəfə olaraq AMEA-da elmi jurnalların Dərgi Park Şəbəkəsi təşkil edilib. Nəhayət, AMEA-nın Türkiyənin nüfuzlu TÜBİTAK akademik təşkilatı ilə bu il fevralın 28-də imzaladığı əməkdaşlıq müqaviləsi qardaş ölkənin elmi qurumu ilə birlikdə ölkəmizin TÜBİTAK-nın yaradılmasına hədəflənib. Hazırda elektron akademiyaçılar sadə elmmetrik hesablamalar aparmaq bacarıqlarına malik robot texnologiyaları modeli yaratmaq üzərində hazırlıq işləri aparırlar. Eyni zamanda, AMEA-da “Süni intellekt və rəqəmsallaşdırma: imkanlar və risklər” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur ki, bu da elektron hərəkatın nəzəri dərkinə və praktik əhəmiyyətinə diqqəti daha da artırır.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, günün elmi haqqında danışarkən AMEA-nın dünya elminə inteqrasiyası sahəsində atdığı addımları ayrıca qeyd etməyə ehtiyac var: “AMEA-nın tarixində ilk dəfə olaraq, 2023-2024-cü illərdə Milli Elmlər Akademiyası 3 beynəlxalq elmi təşkilatın üzvlüyünə qəbul edilib. Hazırda AMEA Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Avrasiya Universitetlər Birliyində tam səsvermə hüququna malik olan akademik qurum statusu qazanıb. Son illərdə Türkiyə, Pakistan, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Monteneqro Elmlər akademiyaları ilə bağlanmış müqavilələr, əldə edilmiş razılaşmalar AMEA-nın əməkdaşlıq əlaqələrini daha da genişləndirib. AMEA əməkdaşlarının Çinin Honkonq Elmlər Akademiyasının, Qazaxıstan və Gürcüstan Elmlər akademiyalarının fəxri üzvü seçilmələri, Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvlüyünə qəbul edilməsi, alimlərimizin nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətində təmsil olunmaları akademiyanın dünya elmi meridianlarındakı yeni səhifələridir. Eyni zamanda, AMEA-da ötən ilin noyabrında “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq elmi konfrans Azərbaycan alimlərinin sağlam rəqabət əsasında beynəlxalq elmi səviyyəyə çıxmaq imkanlarına iddialı olmalarını təşviq etməyə hesablanıb. Bu günlərdə Nobel Sülh mükafatı laureatı banqladeşli Məhəmməd Yunusun AMEA-da olması və aparılan müzakirələrdə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə doğru yeni addımların atılması zərurətinin diqqətə çatdırılması bu sahədə yeni hədəflərin müəyyən edilməsinə meydan açır. İlk dəfə olaraq Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Türk Dil Qurumu ilə birlikdə 2023-cü ilin sentyabrında AMEA-da Türk Dili Bayramının qeyd edilməsi Humanitar Elmlər Bölməsinin institutları ilə qardaş ölkənin eyni profilli qurumlarının əlaqələrinin daha da genişləndirilməsinə səbəb olub. Qardaş Türkiyənin elmi qurumları ilə əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsi AMEA-nın 2023-cü ildə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun və Türk Dil Qurumunun “Türk dilinə xidmət” beynəlxalq mükafatı ilə təltif olunmasında öz əksini tapıb”.

AMEA rəhbəri vurğulayıb ki, struktur islahatları akademiyada yeniləşmə proseslərinin mühüm hadisəsidir: “Tarix İnstitutunun bazasında Tarix və Etnologiya İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əsasında Arxeologiya və Antropologiya İnstitutunun təşkili bu istiqamətlərdə tədqiqatların və tədbirlərin də miqyasının dərinləşdirilməsinə və genişləndirilməsinə xidmət edir. Eyni zamanda, AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının tərkibində zamanın müasir tələblərinə uyğun olaraq “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”, “Türk xalqlarının tarixi və etnologiyası”, “Xəzərin arxeologiyası”, “Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı”, “İdrak nəzəriyyəsi və məntiqi”, “Türk xalqlarının əlyazmaları”, “Musiqi folkloru” şöbələrinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Türk Ədəbiyyatı Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan elminin yeniləşmə imkanlarının daha da genişləndirilməsinə şərait yaradır”.

Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA Elm Günündə hesabat verərkən qarşıda duran məsul vəzifələri diqqətlə nəzərdən keçirərək irəliyə doğru addımlayır.

“Azərbaycançılıq istiqamətində tədqiqatların mükəmməl elmi sisteminin yaradılması, Türk dünyası ilə elmi əlaqələrin daha da genişləndirilməsi, humanitar və ictimai elmlər sahəsində süni intellektin tətbiq edilməsi, yeni elmi nəslin hazırlanmasına diqqətin artırılması, daha optimal idarəetmə sistemlərinin qurulması, elektron sənəd dövriyyəsinin müasir səviyyəyə qaldırılması və ən başlıcası, müstəqil dövlətimizin daha da inkişaf etdirilməsində Azərbaycan elminin rolunun artırılması AMEA-nın gələcəyə doğru hədəflərində mühüm yer tutur. Artıq AMEA-nın embleminin dəyişdirilməsi və yeni loqotipinin yaradılması üçün keçirilən müsabiqə başa çatmaq üzrədir. Müsabiqəyə akademiyanın 23 əməkdaşının çəkdiyi 57 layihə təqdim olunub, 27 Mart - Elm Günü tədbirləri çərçivəsində həmin eskiz layihələrinə ictimai baxışı təmin etmək üçün ilk sərgi təşkil edilib. Tərkibində görkəmli rəssamların da olduğu müsabiqə komissiyasının qiymətləndirilməsindən sonra həmin eskiz layihələri içərisindən AMEA-nın loqosu üçün seçilmiş iş qəbul ediləcək.

Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində irəli sürdüyü çağırışlar AMEA kollektivinin, alimlərimizin qarşısında daha mühüm vəzifələr qoyur. Azərbaycan alimləri müstəqil dövlətimizin inkişafına xidmət etməyi müqəddəs borc bilərək daha böyük elmi hədəflərə doğru inamla addımlamağı şərəf işi hesab edirlər. AMEA-nın elmi heyəti bu akademik təşkilatın təsis edilməsinin 80-ci ilinin başlanğıcında Elm Gününü bu əhvali-ruhiyyədə qeyd edir. Elm Günü mahiyyəti etibarilə günün elminin vəzifələrinə, öhdəliklərinə və çağırışlarına işıq salır”, - deyə AMEA prezidenti fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb