Elmar Babanlı: Azərbaycan Cüdo Federasiyasının baş katibi vəzifəsinə yeni təyinat gözlənilir
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının rəhbərliyində dəyişikliklərdən sonra yeni təyinatların da olacağı gözlənilir. Belə ki, yaxın zamanda federasiyanın baş katibi postuna yeni təyinat gözlənilir.
Bununla bağlı AZƏRTAC-ın sorğusunu cavablandıran qurumun baş katibi Elmar Babanlı artıq istefa ərizəsini yazdığını bildirib: “Federasiyada tutduğum vəzifədən azad olunmağım barədə ərizəmi artıq yeni rəhbərliyə təqdim etmişəm. Çox yaxın zamanda bu vəzifəyə yeni təyinatın olacağına ümid edirəm”.
E.Babanlı istefa verdikdən sonra da ehtiyac yaranarsa federasiyaya kömək və dəstək verəcəyini vurğulayıb: “Bu yaxınlarda cüdo üzrə “Böyük dəbilqə” turnirinin yüksək səviyyədə təşkili üçün ciddi səy göstərdik. Yəni, federasiyanın əvvəlki texniki heyəti ehtiyac yaranarsa köməyini və dəstəyini əsirgəməyəcək. Fəaliyyətimi “Neftçi” idman klubunda baş menecer kimi davam etdirirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]