Elmin İnkişafı Fondunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 20 Yanvar şəhidlərinin xatirəsini anma gününə həsr olunmuş tədbir keçirilmişdir.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, qurumun icraçı direktoru Elçin Babayev çıxış edərək 20 Yanvarın yalnız faciə deyil, eyni zamanda xalqımızın qəhrəmanlıq tarixi olduğunu vurğulamışdır. İcraçı direktor qeyd etmişdir ki, 20 Yanvar faciəsində həlak olmuş qəhrəmanlarımızın məzarlarının ziyarət edilməsi və onların xatirəsinin yad olunması hər bir azərbaycanlının mənəvi borcudur.
Çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]