Elnur Eltürk: “Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət 41-ə yüksəlib
Bakı, 11 avqust, AZƏRTAC
“Vikipediya”da Azərbaycan dilinin digər dil bölmələrində öz mövqeyini gücləndirməsi sevindiricidir. Belə ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 40-dan 41-ə yüksəlib.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Azərbaycanın “Vikipediya” icmasında canlanmanı görmək qürurvericidir. Bu, həm də keçirilən “Vikipediya” təlimlərinin səmərəliliyindən xəbər verir, Azərbaycan dili bölməsinin inzibatçılarının, könüllülərinin əməyinin danılmaz olduğunu göstərir. Onların fədakarlığı və peşəkarlığı xüsusi qeyd edilməlidir. Onlar ortaya keyfiyyətli iş qoyur, Azərbaycan dili bölməsinin addım-addım irəliləməsi və digər dil bölmələrində öz mövqeyini gücləndirməsi üçün yorulmadan, əzmlə çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]