Əməkdar artist Turan Manafzadə “Dirijorlarla görüş” layihəsinin növbəti qonağı olub
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də “Dirijorlarla görüş” layihəsi çərçivəsində Niyazinin mənzil - muzeyində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin budəfəki qonağı Əməkdar artisti, dirijor, pianoçu - bəstəkar Turan Manafzadə olub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək gənc sənətkarın yaradıcılığı və onun sənət fəaliyyəti haqqında ətraflı məlumat verib.
Tədbir çərçivəsində dirijorluq və bəstəkarlıqla bağlı gəncləri maraqlandıran müxtəlif suallar cavablandırlıb. Tədbir Turan Manafzadə tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.