“ƏQLİ MÜLKİYYƏT VƏ İNSAN HÜQUQLARI” MÖVZUSU MÜZAKİRƏ OLUNMUŞDUR
Dəyirmi masada Təhsil və Mədəniyyət nazirliklərinin, Milli Elmlər Akademiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Ombudsman Elmira Süleymanova milli əqli mülkiyyət sistemi barədə məlumat verərək bildirmişdir ki, Konstitusiyamızda müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları təsbit olunduqdan sonra ölkəmizdə bu sahəyə diqqət artmışdır. Müəllif hüququ sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi məqsədi ilə həyata keçirilən tədbirlərdən danışan müvəkkil bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Əqli mülkiyyət hüquqları və onun cəmiyyətdəki rolu” mövzusunda məruzəsində müəlliflik hüququnun əhəmiyyətindən, əqli mülkiyyət sistemindəki rolundan, bu sahədə son nailiyyətlərdən söz açmışdır.
Yığıncaqda mövzu üzrə çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.