Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əqrəb mövsümü”nün İngiltərədə təhsil alan gənc aktyoru ilə MÜSAHİBƏ VİDEO

London, 13 iyun, AZƏRTAC

Son illərdə Azərbaycanın kino sahəsində canlanma müşahidə olunur. Gənc rejissorlar, ssenaristlər və aktyorlar bu sahəyə yeni nəfəs gətirir. Bu yaradıcı simalardan biri də “Əqrəb mövsümü” serialında rol alan və hazırda Böyük Britaniyada film və televiziya prodüserliyi üzrə təhsilini davam etdirən gənc azərbaycanlı Arif Mövsümovdur. O, həm aktyorluq, həm prodüserlik sahəsində uğur qazanmaq niyyətindədir. Arif Mövsümov AZƏRTAC-ın London bürosu ilə müsahibəsində uşaqlıq arzularından, Britaniyadakı təhsilindən, “Əqrəb mövsümü”nə necə seçildiyindən və gələcək planlarından danışıb.

-Arif bəy aktyorluq sevgisi sizdə haradan başladı?

-Anam uşaqlıqdan aktrisa olmaq istəyirdi, amma zaman, düşüncələr fərqli idi. O dövrdə valideynlərin övladlarının məşğul olmasına razı olduğu yeganə sənət sahəsi, düşünürəm ki, musiqi idi. Anam da pianoçu oldu, Bakıda konservatoriyada təhsil aldı. Uşaqları olanda isə istəyirdi ki, üç övladından heç olmasa biri incəsənətlə məşğul olsun, fərqi yoxdur, ya rəssamlıq, ya musiqi, ya da başqa bir sahə.

Düşünürəm ki, uşaq yaşlarımdan etibarən incəsənətlə tanış olmaq mənə böyük təsir göstərdi. Mənim uşaqlıqda ən çox zövq aldığım şey dostlarımla oyun oynamaq, müxtəlif obrazlar yaratmaq idi. Bununla da məndə aktyorluğa maraq başladı. Məktəb tədbirlərinə, tamaşalarına qoşulmağa başladım və zaman keçdikcə bu sahəyə daha ciddi yanaşdım.

Məktəbdə dərslərimin əksəriyyəti dramla bağlı idi. Hətta Birləşmiş Krallığa köçdükdən sonra da əsas “A Level” fənnim drama və teatr oldu. (Britaniyada orta məktəbi bitirməzdən əvvəl şagirdlər müəyyən ixtisas fənlərini daha dərindən öyrənirlər və bu mərhələyə “A Level” (Advanced Level) deyilir - RED).

Daha sonra London Musiqi və Dram İncəsənəti Akademiyasında (LAMDA) bir neçə kurs keçdim. Orada xüsusi kurslar var idi, hansı ki, iştirakçılar medal və fərqlənmə sertifikatları əldə edə bilirdilər. “A Level” zamanı aktyorluq üzrə LAMDA-dan qızıl medal qazandım. Amma universitet dövründə istiqamət və marağım bir qədər dəyişdi. Daha çox film istehsalı və rejissorluğa yönəldim. Düzdür, aktyorluqdan tam uzaqlaşmadım, imkan olanda mütləq nəsə edirdim.

Daha sonra təcrübə ili çərçivəsində birillik fasilə götürüb Bakıya qayıtdım. Hadisələr bir-birini izlədi və düşünürəm ki, “Əqrəb mövsümü” filmində rol almaqla bir növ arzum gerçəkləşdi. Bu həm mənim üçün çox dəyərli bir təcrübə, həm də həyatımda unutmayacağım qədər həyəcanlı bir an oldu.

-Rol sizə necə təklif olundu? Hadisələr necə inkişaf etdi?

-Əvvəlcə məni İctimai Televiziyada təcrübəçi kimi işə başladım. Onda heç ağlıma gəlməzdi ki, “Əqrəb mövsümü” serialına çəkiləcəyəm. İlk gün çətin idi, çünki bu, mənim həyatımda ilk peşəkar çəkilişim idi. Bir növ debütüm sayılırdı. Bütün gün ərzində həyəcan içində idim, əllərim əsirdi, amma, eyni zamanda, çox maraqlı idi.

Hiss olunur ki, bu serial Azərbaycanda kino sahəsində bir dönüş nöqtəsidir. Daha azad, dinamik və əyləncəli bir yanaşma var. Texniki baxımdan da, ssenari, obrazlar, effektlər, hamısı daha çox Avropa və Qərb stilindədir və bu çox yaxşıdır. Türkiyə serialları bu cür sərhədsiz mövzularda artıq çox irəlidədir və düşünürəm ki, Azərbaycan da bu yanaşmanı mənimsəyir.

-Böyük Britaniyadakı həyatınız necə gedir. Bura nə vaxt köçmüsünüz? Təhsiliniz haqqında məlumat verərdiniz.

-Mən Birləşmiş Krallığa 2019-cu ildə köçmüşəm. Artıq 6 ilə yaxındır buradayam. Burada təhsilə kollecdə başladım, son iki illik mərhələ idi. Daha sonra isə Bath Universitetinə daxil oldum və orada film və televiziya prodüserliyi üzrə təhsil aldım.

-Burada təhsil almaq yaradıcılığınıza necə təsir etdi?

-Deyərdim ki, böyük təsiri oldu. Əslində, bura gəlməklə yaradıcılığım tam dəyişdi deməzdim, amma mənə onu inkişaf etdirməyə kömək edən imkanlar və alətlər təqdim olundu. Düşünürəm ki, bu bacarıqları Azərbaycana da rahatlıqla aparıb orada da kiməsə dəstək ola bilərəm. Bu mənada çox faydalı oldu.

-Artıq təhsilinizi bitirdiyinizi və bir neçə həftə sonra Azərbaycana qayıdacağınızı dediniz. Bəs Birləşmiş Krallıqda qalmaq və bu sahədə işləməyi düşünmürsünüz? Burda qalıb işləmək çətindirmi?

-Bəli, olduqca çətindir. Bunu mənə universitetdəki müəllimlərim də deyirdi, onların hamısı buradakı film sahəsi ilə sıx əlaqəli peşəkarlardır. Onların da şikayətləri çox idi. Hazırda Böyük Britaniyada film və televiziya sənayesi maliyyə baxımından ciddi çətinliklərlə üzləşir.

Bura gələndə fikrim o idi ki, bu ölkədə çalışım. Amma sonra gördüm ki, çox vaxt əcnəbi sənətçilər əvvəlcə öz ölkələrində tanınır, sonra Birləşmiş Krallıq və ya ABŞ kimi yerlərə dəvət olunurlar. Öz ölkəndə tanınmadan bura gəlib nəyəsə nail olmaq çox çətindir. Ona görə də qərara gəldim ki, ən yaxşısı Azərbaycana qayıdıb, oradakı kino sənayesinin inkişafına öz töhfəmi verim.

-Yeni layihələriniz varmı?

-Bəzi planlar var, amma dəqiq deyə bilmərəm. Hazırda hərbi xidmətə hazırlaşıram. Amma düşünürəm ki, bu da mənim üçün təcrübə olacaq. Aktyor üçün həyatdakı hər bir təcrübə əlavə qazancdır. Bəlkə bir gün hansısa filmdə əsgər obrazını canlandıracağam, bu zaman bu təcrübə çox kömək edəcək. Prodüserlik baxımından da nizam-intizam öyrədəcək. Xidmət bitəndən sonra təkliflər olar deyə ümid edirəm.

-Gənc aktyorlara nə tövsiyə edərdiniz? Xüsusilə də xaricdə təhsil almaq istəyənlərə?

-Tək tövsiyəm budur ki, dayanmasınlar, əlaqələr qurmaq, yeni fürsətlər axtarmaq, kino sənayesinin içində olmaq üçün daim aktiv olsunlar. Bu sahə çox sürətlə inkişaf edir, fürsətləri əldən verməmək lazımdır. Həmçinin mümkün qədər çox film izləsinlər. Emosional keçidləri anlamaq üçün müxtəlif janrlara baxmaq faydalıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

“Əqrəb mövsümü”nün İngiltərədə təhsil alan gənc aktyoru ilə  MÜSAHİBƏ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır