ERMƏNİLƏR İNDİ DƏ ABXAZİYAYA GÖZ DİKMİŞLƏR
Görünür, sülh şəraitində yaşamaq istəməyən, daim torpaq iddiasında olan ermənilər təkcə Azərbaycan ərazilərini deyil, hansı bölgədə sayca üstünlük təşkil edirlərsə, oranı da “özününküləşdirməyə” çalışırlar. İndi də Abxaziyada bu xəyala düşüblər. Onlar hazırda abxazlarla münaqişəyə girişmiş, bəd əməllərini və xəyanətkarlıqlarını pərdələmək, özlərini gürcü-abxaz münaqişəsinin “qurbanı” kimi guya “soyqırımından” xilas etmək üçün Abxaziyada “üsyançılar dəstəsi” yaratmışlar.
Abxazlarla qarşıdurma nəyə görə baş vermişdir? Ekspertlərin fikrincə, Abxaziyanın “gürcülərdən təmizlənməsi əməliyyatı”nın gedişində abxazların tərəfində dayanan yerli ermənilər bunun müqabilində Muxtar Respublikada üstünlüklərə malik olmağı arzulayırdılar. İllər ötdükcə onlar buradakı hakimiyyət orqanlarında yüksək vəzifələr tutmuş və artıq abxazlara da “göstərişlər” vermək iştahasına düşmüşlər. Hadisələrin bu cür gedişindən narahat olan abxazlar onları vəzifələrindən uzaqlaşdırmaq qərarına gəldikdə, ermənilər özlərinə xas üsullara əl atıb “mübarizəyə” başlamışlar.