ERMƏNİLƏR İNDİDƏ ABXAZİYAYA SAHİB OLMAQ İSTƏYİRLƏR
Görünür sülh şəraitində yaşamaq istəməyən, daim torpaq hərisliyi ilə yaşayan ermənilər təkcə Azərbaycan torpaqlarına deyil, hansı bölgədə sayca üstünlük təşkil edirlərsə oranı da “özününküləşdirməyə” çalışırlar. Yəqin indi də Abxaziyada bu xəyala düşüblər. Onlar hazırda abxazlarla münaqişəyə girişmiş, bəd əməllərin və xəyanətkarlıqlarını pərdələmək, özlərini gürcü-abxaz münaqişəsinin qurbanı olmaq bəhanəsi ilə guya soyqırımından xilas etmək üçün Abxaziyada “üsyançılar dəstəsi” yaratmışlar.
Abxazlarla qarşıdurma nəyə görə baş vermişdir? Ekspertlərin fikrincə Abxaziyanın “gürcülərdən təmizlənməsi əməliyyatı”nın gedişində abxazların tərəfində dayanan yerli ermənilər bunun müqabilində Muxtar Respublikada üstünlüklərə malik olacaqlarını arzulayırdılar. İllər ötdükcə onlar buradakı hakimiyyət orqanlarında yüksək vəzifələr tutmuş və artıq abxazlara da “göstərişlər” vermək iştahasına düşmüşlər. Hadisənin bu cür gedişindən narahat olan abxazlar onları vəzifələrindən uzaqlaşdırmaq qərarına gəldikdə, ermənilər özlərinə xas üsullara əl atıb “mübarizəyə” başlamışlar.
Gürcüstandakı erməni icmasının nümayəndələrindən biri, Gürcüstan parlamentinin deputatı Van Bayburtun sözlərincə Abxaziyada abxaz-erməni qarşıdurması artıq beş ildir ki, davam edir. Van Bayburtun fikrincə, ö zaman abxazlar ermənilərin müəyyən qismini toplayıb “Baqramyan bataliyonu” yaratmış və onları gürcülər əleyhinə döyüşməyə məcbur etmişlər ki, bu da gürcüləri əsəbiləşdirmişdir. Onun sözlərincə, abxazların bu tələbinə əməl etməyən erməni o zaman təqib olunur, özü, ailəsi terrora məruz qalırdı və gürcüləri öldürmək istəməyən çoxlu ermənini abxazlar yerindəcə güllələyirdilər.
Erməni deputatın qənaətincə, abxaz-erməni qarşıdurması Abxaziyada çoxluq təşkil edən ya rusların, ya da türklərin təhriki ilə baş verir. Çünki hazırda burada təsir dairəsi uğrunda ciddi mövqe mübarizəsi gedir.
Bölgədə ermənilərlə abxazlar arasında münaqişənin mövcud olduğunu Gürcüstan Kəşfiyyat Departamentinin sədri, əslən Abxaziyadan olan Avtandil İosellani də təsdiqləyir.