Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan mülki obyektləri hədəfə almaqla acizliyini göstərdi

Ermənistan mülki obyektləri hədəfə almaqla acizliyini göstərdi

Bakı, 8 oktyabr, AZƏRTAC

Otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız şanlı ordumuzun müzəffər yürüşü sayəsində azad edilir. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Bu zəfər yürüşü hər açılan sabaha inamımızı əks etdirməklə bizi yeni qələbələrə runlandırır.

İşğaldan azad olunan Suqovuşanda təkcə su qovuşmur, torpaq da torpağa qovuşur. Bu xoşbəxtliyi, bu tarixi bizə yaşadan Ordumuza, dövlətimizə və Ali Baş Komandana minnətdarıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Məkrli düşmənin təmas xəttindən xeyli kənarda yerləşən yaşayış obyektlərini, mülki əhalini hədəfə almasından hiddətləndiyini deyən Mədəniyyət komitəsinin sədri bildirib: “Azərbaycan Ordusunun əks-hücumu nəticəsində başını itirən Ermənistan mülki obyektləri hədəfə almaqla acizliyini göstərdi. Bununla Ermənistan öz qanında boğulmaq yolunu özünə təmin etmiş oldu. Ali Baş Komandanına, dövlətinə, Ordusuna inanan, həmrəylik və ruh yüksəkliyi nümayiş etdirən Azərbaycan xalqı böyük çoşqu ilə qələbəyə töhfə vermək üçün can yandırır”.

Q.Paşayeva qeyd edib ki, Suqovuşan və işğaldan azad edilən digər ərazilərimizin, xüsusilə Arazboyu, tarixi Xudafərin körpüsünün yerləşdiyi strateji əhəmiyyətli Cəbrayıl rayonunun bizə qovuşması “hüququndan keçən əsgər”lərimizin tarix yazdığını bir daha sübut edir. “Ordumuzun əks-hücumu nəticəsində düşmənin öz döyüş bayrağını, çoxsaylı silah-sursatı, hərbi texnikasını döyüş meydanında qoyub qaçması onu göstərir ki, qarşı tərəf öz hərbçi namusunu hifz etmək iqtidarında deyil. Azad olunan ərazilər böyük əhəmiyyətə malikdir və digər - daha böyük ərazilərimizin azad olunması üçün müstəsna önəm daşıyır. Digər tərəfdən, cəbhəyə yaxın ərazidə mülki əhalimizin düşmən atəşindən daha etibarlı müdafiəsi imkanları genişlənir”, - deyə Q.Paşayeva bildirib.

Deputat vurğulayıb ki, Ermənistanın çöküşü uzaqda deyil. Bu aqibəti onlar haqsızlıqla, soyqırımı aktları törədə-törədə özləri yaratdı. Ermənistan sülhə gəlməyərək, hətta bizi yeni torpaqların işğalı ilə hədələdi və bizə hərbidən başqa yol qoymadı. Q.Paşayeva, həmçinin bildirib: “Onsuz da kövrək atəşkəs rejimini az qala hər gün pozan Ermənistan silahlı qüvvələri öz təcavüzkarlığını guya “demokrat” Paşinyanın səbatsız davranışları ilə tamamlayaraq, bu il daha çox təxribatlar törətməyə başladılar. İyulda Tovuzda sərhəd toqquşması, avqustda Goranboyda diversiya-kəşfiyyat həmləsi, nəhayət, sentyabrda işğal altındakı Qarabağ torpaqlarından genişmiqyaslı hücum və bizimlə şərtlərlə danışması Ermənistanın sonunu gətirdi. Bununla da təbii ki, Azərbaycanın əks-həmləsi və Ali Baş Komandanın əmri ilə bütün cəbhə boyu hücuma keçməyimiz qaçılmaz oldu”.

Qənirə Paşayeva hazırkı vəziyyətdə Ermənistan üçün artıq danışıqlardan, sülhdən danışmaq əyləncə mövzusu olmayacağını bildirib. Onun sözlərin görə, düşmən Azərbaycan Ordusunun gücünü gördü. Ermənistan siyasi rəhbərliyi vaxtilə Levon Ter-Petrosyanın vaxtilə dediyi “sonralar yalvaracağımız şərtlərə indi razı olmalıyıq” sözlərini gərək qulaqardına vurmayaydılar. “Artıq heç nə əvvəlki kimi olmayacaq. Uzun müddət səbir göstərməyimizdən, beynəlxalq hüquqa çağırışlarımızdan nəticə çıxara bilməyən, özlərini “keçilməz sədd”lərə, “qalib tərəf üstünlüyü”nə inandıran Ermənistan tərəfi, indi buyursun, düşünmək üçün nə qədər qiymətli vaxt və digər şanslar itirdiyini yaxşı-yaxşı hesablasın”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, Ermənistan həmişə öz havadarlarına, erməni diasporuna və lobbiçilərinə bel bağlayıb, biz isə ədalətin qələbəsinə inanmışıq. Rəhbərimizə, onun müdrikliyinə bel bağlamışıq.

Q.Paşayeva deyib: “Biz dövlət, xalq və ölkə olaraq hər zaman məhz haqq-ədalətin zəfərinə, beynəlxalq hüququn təntənəsinə inandıq. Öz gücümüzə arxalanaraq, bugünkü zəfər üçün hazırlaşdıq! Düşmən bizi əzdiyini düşündüyü halda, biz daha da möhkəmləndik, daha da gücləndik! Bu gün əldə etdiyimiz uğurlar həm də beynəlxalq səviyyədə aparılan işin bəhrəsidir.

Bizim işimiz haqq işidir, biz mütləq qalib gələcəyik! Dövlətimiz var olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir