ORDU
Ermənistan ordusu Qazaxda yaşayış evlərini və mülki nəqliyyat vasitələrini atəşə tutub
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, martın 14-də saat 13:30-dan 14:00-dək Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [12:32]
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür
- 29.04.2024 [19:52]
Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar
- 29.04.2024 [10:17]
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib VİDEO
- 28.04.2024 [14:43]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 28.04.2024 [09:26]