Ermənistan silahlı qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus növbəti pilotsuz uçan aparat məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus ilkin ehtimala görə “Krunk-25” tipli taktiki pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq vurulub.