ERMƏNİSTANDA ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
İTAR-TASS-dan AZƏRTAC-a daxil olmuş xəbərdə bildirilir ki, yanvarın 25-də Ermənistanın cənub şərqində 12 ballıq cədvəl üzrə 3 bal gücündə zəlzələ baş vermişdir. Respublikanın milli seysmik mühafizə xidmətindən bildirmişlər ki, episentri Yexeqnadzor şəhərindən 16 kilometr cənub-qərbdə olan zəlzələnin təkanları burada və yaxınlıqdakı Qatab kəndində 2-3 bal gücündə hiss edilmişdir. Həlak olanlar və dağıntı yoxdur.