Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanı silahlandıraraq onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü də böyük cinayətdir

Ermənistanı silahlandıraraq onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü də böyük cinayətdir

Bakı, 19 oktyabr, AZƏRTAC

Ermənistan yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan oktyabrın 18-dən müvəqqəti humanitar atəşkəsə razılıq verdilər. Lakin yağı düşmən bu dəfə də riyakarlıq edərək atəşkəsin ilk anından Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutdu. Ermənistan hakimiyyəti bununla növbəti dəfə açıq-aşkar sülh danışıqlarının davam etdirilməsində maraqlı olmadığını təsdiqləmiş oldu. Dövlətimizin başçısı İlham Əliyev xarici ölkələrin televiziya kanallarına müsahibələrində, həmçinin xalqa müraciətlərində daim bu faktı diqqətə çatdırır ki, hakimiyyətə zor gücünə gələn N.Paşinyan ilk gündən danışıqların formatının dəyişdirilməsinə, qondarma “Dağlıq Qarabağ respublikası”nı tərəf kimi danışıqlar prosesinə cəlb etməyə səy göstərməklə, həmçinin “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməklə, işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətini həyata keçirməklə danışıqlar prosesində maraqlı olmadığını nümayiş etdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev BMT tribunasından Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırladığını bəyan edir, amma dünya Ermənistanın bu cinayət əməllərinə seyrçi mövqedə dayanır. “Bax, bu cür ikili standartlara əsaslanan yanaşmalar Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Azərbaycan Ordusu dünya birliyinin, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 ilə yaxın müddətdə “gözlə-gözlə” deməklə Ermənistana vaxt qazandırmaq üçün atdıqları addımlara döyüş meydanında cavab verdi. Hər gün cəbhə bölgələrindən gələn qələbə xəbərləri Ermənistanı və onun havadarlarını məyus etməyə bilməz. Azərbaycan işğalçıya, eyni zamanda, dünya dövlətlərinə döyüş meydanında gücünü, malik olduğu imkanları göstərir. Oktyabrın 19-da dövlətimizin başçısı İlham Əliyev özünün rəsmi “Twitter” hesabında növbəti qələbə xəbərini- Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan azad edildiyini paylaşdı. Qarabağ Azərbaycandır!”, - deyən baş redaktor bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 9-10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq bu razılaşmadan heç bir gün keçməmiş cəbhə bolgəsindən xeyli uzaqda yerləşən Gəncəni raket atəşinə tutaraq soyqırımı aktı törətdi, dünya susdu. Oktyabrın 18-də növbəti humanitar razılaşma əldə edildi, dərhal Ermənistan razılaşmanı kobud şəkildə pozdu, dünya yenə də susur. V.Rəhimzadə qeyd edib: “Bu susmalar həmin dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara hansı dividenti gətirə biləcəyi sual doğurur. Kasıb, iqtisadi tənəzzül içərisində çabalayan Ermənistanın bu şəkildə silahlanmaya maddi imkanı yol verə bilməz. Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edən dövlətimizin başçısı xalqa müraciətində bildirmişdir ki, təqdim edilən siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib, döyüş zamanı bunun dəqiq hesablanması mümkün deyil. Azərbaycan döyüş meydanında tam üstünlük əldə edərək Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxarıb. Ancaq sual olunur: Bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Statistikaya müraciət edək. Ermənistanın hərbi, ümumilikdə dövlət büdcəsi bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Ermənistanın sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti 2 milyard dollar səviyyəsindədir. Amma həm işğal edilmiş torpaqlarımızda, həm də Ermənistanda onların texnikası qalıb. Dünya bu sual ətrafında düşünməlidir ki, bu silahlar kim tərəfindən işğalçıya hədiyyə edilir?”

Dünya dövlətlərinin, beynəlxalq təşkilatların Ermənistanın silahlandırılmasını görməzdən gəldiyini, amma bəzi hallarda silah alınması ilə bağlı ölkəmizə qarşı əsassız iradlar irəli sürüldüyünü bildirən V.Rəhimzadə deyib: “Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları göz önündədir. Ermənistandan fərqli olaraq, Azərbaycan dünyada iqtisadi möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Müharibə şəraitində yaşayan, ən əsası torpaqları işğal altında olan dövlətin hərbi büdcəsini artırması, ordusunun maddi-texniki bazasını möhkəmləndirməsi onun suveren hüququdur. İşğalçı dövləti silahlandırıb işğala məruz qalan dövlətin ərazisində döyüşməsinə, həmçinin mülki əhalini atəşə tutmasına vasitəçi olmaq isə özü beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, böyük cinayətdir. Budur, dünyanın ikili siyasətinin əyani sübutu!”.

Baş redaktor bildirib ki, bu gün dünyaya bu çağırış olunur: İşğalçıya maddi və mənəvi dəstəyi göstərməklə, silahlandırmaqla onun cinayət əməllərinə şərik olmaq heç bir dövlətə, beynəlxalq təşkilata başucalığı gətirməz. Silahlandırmaya, baş verən terror aktlarına, insanlığa qarşı cinayətə göz yummamaqla cinayətkarı ədalətə sövq etmək olar. Azərbaycan dövləti döyüş meydanında üstünlüklərə malik olsa da, hər zaman sülh danışıqlarının tərəfdarı olduğunu bildirir. Ermənistanın danışıqlar masası ətrafında oturması üçün onun “başına sığal çəkilməsinə” son qoymağa böyük ehtiyac var. Diplomatik müstəvidə, döyüş meydanında qələbə qazanan Azərbaycan zəfərləri ilə tarixini daha da zənginləşdirir, bu reallığı Ermənistana və onun havadarlarına bir daha sübut edir - Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir