“Əş-Şəbab” silahlıları Somalidə hərbi bazaya hücum edib
Bakı, 23 mart, AZƏRTAC
“Əş-Şəbab” silahlılarının paytaxt yaxınlığındakı hərbi bazaya hücumu nəticəsində Somali ordusunun bir neçə əsgəri həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Agence France-Presse” hərbçilərə istinadən məlumat yayıb.
Onlar hücumun şənbə günü səhər tezdən Somali təhlükəsizlik qüvvələrinin antiterror əməliyyatları üçün müvəqqəti baza qurduğu paytaxtdan 40 kilometr aralıda - Buslidə baş verdiyini bildiriblər.
Hərbi komandir Mohamed Adanın sözlərinə görə, hücumdan sonra şiddətli döyüşlər olub. Bir neçə hərbçi həlak olub, yaraqlılar tərəfindən də ölənlər var.
Agentliyin məlumatına görə, hökumət qüvvələri bu əraziyə nəzarəti bərpa edə bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]