Əsrin sonunadək buzlaqların yarısı yox olacaq
Bakı, 7 yanvar, AZƏRTAC
Dünyada olan buzlaqların yarısı əsrin sonunadək yox olacaq. Bu, hətta orta qlobal temperaturun artmasının 1,5 dərəcə Selsi aşağı salmağa nail olunduğu halda belə baş verəcək. “Science” elmi jurnalında dərc olunan məqalədə bildirilir ki, tədqiqatda Yer kürəsi səthində mövcud olan bütün buzlaqlar barədə məlumatlar nəzərə alınıb.
AZƏRTAC bu barədə “Euronews”a istinadla xəbər verir.
Alimlərin hesablamalarına görə, əgər orta qlobal temperatur hazırkı sürətlə artmaqda davam edərsə, o halda yüzilliyin sonunadək buzlaqların üçdə ikisi məhv olacaq.
Mərkəzi Avropa, Qərbi Kanada və ABŞ-da yerləşən və ölçüsü 1 kvadratkilometrdən kiçik olan buzlaqlar daha çox təhlükəyə məruz qalırlar. Bu dəyişikliklər artıq indidən nəzərə çarpır: məsələn, Alp buzlaqlarının geri çəkilməsi bir neçə onillikdir ki, davam edir və hazırda bu proses sürətlənir.
Buzlaqların əriməsi qlobal istiləşmənin ən təhlükəli fəsadlarından birinin yaranmasına - dəniz səviyyəsinin artmasına səbəb olacaq. Bu, öz növbəsində, bütün dünya üzrə xeyli sahilboyu ərazilərin, eləcə də bir sıra ada dövlətlərinin ərazilərinin su altında qalması ilə nəticələnəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]