Estoniyada yaşayan azərbaycanlı üçüncü dəfə parlamentin deputatı seçilmişdir
Bakı, 7 mart (AZƏRTAC). Estoniyada yaşayan azərbaycanlı, Estoniya Mərkəzçi Partiyasının nümayəndəsi Eldar Əfəndiyev üçüncü dəfə bu ölkənin parlamenti Riyqikoqun deputatı seçilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, E.Əfəndiyev Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Narva muzeyinin direktoru, Narva şəhərinin meri, Estoniya hökumətində əhalinin məskunlaşması işləri üzrə nazir olmuşdur. Estoniya parlamentinin X və XI çağırışlarının deputatı seçilmişdir.
Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti və Dünya Azərbaycanlıları Konqresi idarə heyətinin üzvü olan həmyerlimiz xidmətlərinə görə bir neçə dövlət mükafatlarına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]