Ətraf mühitin qorunmasına nəzarət olunur
Bakı, 20 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti neft sənayesi müəssisə və təşkilatlarında aparılmış araşdırmaların nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmalar zamanı “Neftçala Operating Company LTD” şirkətinin neft yataqlarında nöqsanlar aşkar edilmişdir. Bununla əlaqədar akt tərtib olunmuş, ətraf su mühitinə atılan zərərli maddələrə görə şirkətə 7 min 300 manat məbləğində cərimə tətbiq edilmişdir.
Bundan başqa, neft və qazçıxarma idarələrinin “Suraxanı Oil Operation Company S.A.”, “Şirvan Operating Company Limited”, “Binəqədi Oil Operation Company S.A.”, “Abşeron Operating Company Limited”, “Qarasu” əməliyyat şirkətlərinin müəssisələrində, Qaraçuxur İriləşdirilmiş Neft Mədənində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti yoxlanılmışdır.
Atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssisələrə cərimə tətbiq edilmişdır. Eyni zamanda, nöqsanların aradan qaldırılması məqsədi ilə müəssisələrin rəhbərliyinə “məcburi göstəriş” verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]