“Everton” klubunun səhmləri satılmayacaq
Bakı, 25 yanvar, AZƏRTAC
İngiltərənin “Everton” futbol klubunun səhmləri satılmayacaq.
AZƏRTAC “BBC Sport”a istinadən xəbər verir ki, bunu klubun prezidenti Fərhad Moşiri deyib. Moşiri açıqlamasında bildirib ki, bu tip xəbərlər həqiqəti əks etdirmir.
O, klub azarkeşlərindən üzr istəyib və tezliklə komandanın yeni qələbələrlə geri qayıdacağına söz verib. Son 14 oyundan yalnız birində qələbə qazanan “Everton” sonuncu turda baş məşqçisi Frenk Lempardla da yolları ayırıb.
Klub rəhbəri azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını, hazırkı vəziyyətin komandanın yaşadığı ən çətin anlar olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl “Guardian” nəşri klubun səhmlərinin 500 milyon funt sterlinqə satışa çıxarılacağı ilə bağlı məlumat yaymışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]