Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, leysan xarakterli yağış yağıb
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-u saat 10:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Düşən yağıntının miqdarı Balakəndə (Balakənçay) 36 mm, Astarada 34 mm, Mingəçevirdə 7 mm, Göygöldə 6 mm, Balakən, Lerik, Yardımlı, Qrız, Qax, Oğuz, Qəbələ, Şəki, Gəncə, Şahdağ, Şamaxı, Qusar, Xaçmaz, Quba, Göyçay, Goranboy, Biləsuvar, Şəmkir, Daşkəsən, Xınalıq, Lənkəranda 5 mm-dək olub.
Saat 08:30 radələrində Balakən rayonunda xırda dənəli dolu düşüb.
İyulun 29-da gün ərzində şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Beyləqanda 18 m/s, Tərtərdə 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]