Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fazilə Rəcəbova və Yelena Suvorovanın “Canlanan daşlar” sərgisi

Bakı, 8 dekabr, Tatyana İvanayeva, AZƏRTAC

İçərişəhərdəki “Zaman Art Gallery” qalereyasında Fazilə Rəcəbova və Yelena Suvorovanın müxtəlif mövzuda mozaika işlərinin təqdim edildiyi “Canlanan daşlar” adlı sərgisi açılıb.

Təqdim edilən işlərin müəlliflərini çoxillik və peşəkar stilist fəaliyyəti birləşdirir. Məşhurların gözəlliyinə böyük məharətlə yenidən gözəllik qatan Fazilə Rəcəbova moda dünyasında məşhurdur. Peşəkar stilist kimi, o, yekun obrazı əvvəlcədən görə bilmək, “hissə-hissə” bir yerə cəmləmək bacarığına malikdir. O, mozaikanın fəlsəfəsinə nüfuz edərək, onun özünəməxsus xüsusiyyətlərini öyrənməyə cəhd edib, rəssamın sənət ideyalarının gerçəkləşdirilməsində isə Yelena Suvorova iştirak edib. “Canlanan daşlar” bu maraqlı tandemi özündə əks etdirib.

Sərginin açılışında iştirak edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin mütəxəssisi, CBC kanalının əməkdaşı Vahid Şükürov sovet dövründə Azərbaycan mozaika sənətinin çoxsaylı parlaq səhifələrinin olduğunu deyib. Onun sözlərinə görə, Bakıdakı Heydər Əliyev adına İdman Konsert Kompleksində dünyanın ən böyük - 700 kvadratmetr sahəyə malik mozaikası yerləşir. O qeyd edib ki, Bakıda mozaika sənətinin çoxlu nümunələri saxlanılıb, ən yaxşı işlərin müəllifləri isə aralarında Mikayıl Abdullayev və Oqtay Şıxəliyevin də olduğu görkəmli Azərbaycan rəssamlarıdır.

Vahid Şükürov onu da əlavə edib ki, sözügedən sərgi bu növ monumental təsviri sənət ənənələrinin davamlılığını nümayiş etdirir, onun bu gün də inkişaf etdirilməsinin sübutu isə tədbirin qonaqlarından biri olan Xalq rəssamı Hüseyn Haqverdinin Azərbaycan mozaikaçılarının irsinə dayanan yaradıcılığıdır.

Açılışda çıxış edən Hüseyn Haqverdi, həm tədbirin müəlliflərini və təşkilatçılarını, həm də bu sənətin işığına yığışanların hamısını paytaxtın mədəni həyatındakı bu maraqlı tədbir münasibətilə təbrik edib.

“Mozaika sənətinin yenidən nəfəs almağa başlaması və dərin tarixə malik olan bu əziyyətli və möhtəşəm sənətlə məşğul olan yeni sənətkarların meydana çıxması çox gözəldir”, - deyə o bildirib.

Ekspozisiya elə qurulub ki, tamaşaçını mozaika çərçivəsi sayəsində adi güzgülərə xüsusi incəlik verməyi bacaran, gündəlik həyat predmetlərindən bədii obyekt düzəldə bilən Yelena Suvorovanın əsərləri “qarşılayır”.

“Biz sadəcə, özümüz, möhtəşəmliyə qarışaraq, bu gözəlliyi yaradırıq. Bəli, bu bizə əllərimizdə kəsiklər, ağır materiallarla işləmək bahasına başa gəlir... axı biz zəif cins sayılırıq! Ancaq bütün çətinliklərə baxmayaraq, işimizdən böyük zövq alırıq” - deyə Yelena Suvorova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

“Bu sərginin ideyası həm də mozaika sənətinə olan tələbatı yenidən bərpa etmək, mozaikanın interyerdə nə qədər dəbdəbəli görünəcəyini nümayiş etdirmək, məsələn, kaminləri, hovuzları və panelləri dəyişdirməkdən ibarətdir” - peşəkar stilist bildirib.

Fazilə Rəcəbova yaradıcı düşüncələrin rəngarəng çalarlar toplusunu təqdim edib. Sənətkarın işlənməsinə və süjetinə görə müxtəlif olan işləri tamaşaçıların diqqətini cəlb edir, onların arasında məşhur rəssamların, məsələn Maleviçin yaradıcılığına edilmiş mozaik “müraciətləri” görmək mümkündür.

AZƏRTAC-ın müxbiri ilə söhbətində o, mozaikanın özünəməxsus sehrinin sirlərini açıqlayıb.

“Bu, ilk növbədə, ilk baxışdan məhəbbət deməkdir” - rəssam qeyd edib. Mən mozaikanı ona görə sevmişəm ki, bu sənət növü istənilən materialla işləməyə imkan yaradır. Mozaika fantaziyalara tam azadlıq verir, bu sənətdə daşa, şüşəyə, düyməyə, hətta metala və taxtaya da yer tapılır... Mənə isə həmişə materiallardan qarışıq şəkildə istifadə etmək maraqlı gəlib, hər zaman bənzərsiz, maraq oyadan kompozisiya yaratmaq istəmişəm, mənim bütün səylərim məhz hər zaman bu arzunun gerçəkləşməsinə yönəlib. Sənətə olan marağım uşaqlıqdan başlayıb. Tikişlə məşğul olmuşam. Stilist işləmişəm. Məktəbdə informatika və riyaziyyatdan dərs demişəm. Ta ki həyatıma mozaika adlı bu sənət daxil olana qədər...Dəqiq elmlərlə bağlı biliyimi öz mozaika işlərimdə uğurla tətbiq etməyə çalışmışam, işlərimdə hər şey millimetrə qədər dəqiqliklə ölçülmüş və biçilmiş şəkildədir”.

O, sərgidə keçmiş dövrün məşhur rəssamlarının vizual əsərlərinin bir növ “parafrazı”nın təqdim olunduğunu bildirərək sözünə davam edir: “Əsərləri sadəcə olaraq, hissələrə ayırmaq kifayət etmirdi. Onları fərqli teksturada göstərmək, tanış əsərləri fərqli fakturada təqdim etmək, öz bildiyim mozaikalarda “çəkmək” istədim. Yeri gəlmişkən, mozaika formasında da gözəl görünəcək çoxlu rəsm əsərləri mövcuddur, ona görə də, bu sərgidə təqdim olunan əsərlərdə müasir texnikanı və klassik üslubu qarışdırmaq qərarına gəlmişəm. Portretlər, natürmortlar və mənzərələr təqdim etmişəm. Onların yaradılması üçün Bakı mozaikasından istifadə olunub, daşlar əvvəlcə yuyulub və rənglərinə görə çeşidlənib”.

Öz yaradıcılıq fikirlərini bölüşən Fazilə Rəcəbova əlavə edib: “Smalta, eləcə də vitraj şüşə ilə işləmək planlarım var. Təəssüf olsun ki, bizdə bu materiallar istehsal olunmur, onları ölkəyə gətirmək barədə düşünürəm, məqsədim mozaikaçılarımızın da bizə qoşularaq, öz sənət ideyalarını gerçəkləşdirmələri üçün imkanların artırılmasından ibarətdir”.

“Biz çox gözəl əsərlər yarada bilərik! Bu gözəlliyin ölkəmizdə yaradılmasını, bu əsərlərlə beynəlxalq sərgilərdə iştirak etməyimizi istəyirəm, axı Azərbaycan başdan-başa rəngarəng motivlər, ornamentlər, rəng çalarları, süjetlərlə çox zəngindir. Bütün bunların hamısını dünyaya nümayiş etdirməliyik”, - deyə rəssam vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Güclü zəlzələ Kolumbiyada dağıntılara səbəb olub, ölənlər və yaralananlar var

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək

Naxçıvanda ictimai nəqliyyatda istifadə olunacaq kartların satışı hansı ünvanlarda həyata keçiriləcək?

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib

İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır

Azərbaycanda daha bir aqropark yaradılıb

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Çexiyada işsizlik 4,4 faizə yüksəlib

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert VİDEO

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır