FEDERASİYANIN RƏHBƏRLİYİ BEYNƏLXALQ QURUMUN İCLASINDA İŞTİRAK EDƏCƏKDİR
Tədbirdə ölkəmizi Respublika Otüstü Xokkey Federasiyasının prezidenti Fazil Məmmədov, vitze-prezidenti, Avropa Otüstü Xokkey Federasiyasının Yarışların Təşkili Komitəsinin üzvü Namiq Əliyev və federasiyanın baş meneceri Rəşad Əlizadə təmsil edəcəklər. İclasda il ərzində keçirilmiş qitə miqyaslı tədbirlər və növbəti ildə görüləcək işlər müzakirə olunacaqdır.
2006-cı ildə qadınlar arasında İtaliyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində iştirak edəcək komandalar arasında puşkatma da olacaqdır. Həmin yarışlarda Azərbaycan, Hollandiya, Almaniya, İngiltərə, Ukrayna, Fransa və Şotlandiya komandaları çıxış edəcəklər. Azərbaycan yığması iki ay əvvəl Bakıda keçirilən Avropa çempionatının “Trofi” yarışlarının qalibi olduğundan dünya çempionatında ilk dəfə iştirak etmək hüququ qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]