Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid İsmayılzadə: Azərbaycan startap ekosistemi formalaşma mərhələsindədir - MÜSAHİBƏ

Fərid İsmayılzadə: Azərbaycan startap ekosistemi formalaşma mərhələsindədir - MÜSAHİBƏ

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycanda startap ekosistemi son illər institusional və strateji baxımdan yeni mərhələyə qədəm qoyub. Rəqəmsal transformasiya gündəliyi, vençur alətlərinin tətbiqi və beynəlxalq inteqrasiya cəhdləri bu sahədə sistemli yanaşmanın formalaşdığını göstərir.

Mövcud vəziyyət və perspektivlərlə bağlı AZƏRTAC-ın suallarını Amerika Birləşmiş Ştatalrında (ABŞ) fəaliyyət göstərən azərbaycanlı sahibkar, “Technovate” inkubasiya mərkəzinin təsisçisi Fərid İsmayılzadə cavablandırıb.

- Azərbaycanda startap ekosisteminin mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

-Startap ekosistemini qiymətləndirmək üçün ilk növbədə, əsas bir suala baxmaq lazımdır: bu ekosistemdən uzunmüddətli perspektivdə hansı nəticələr gözlənilir və prioritet istiqamətlər nələrdir?

Startapların rolu müxtəlif ola bilər. Bir tərəfdən onlar ölkə daxilində iqtisadiyyatın rəqəmsallaşmasına, innovativ həllərin tətbiqinə və xidmətlərin modernləşdirilməsinə töhfə verə bilər. Digər tərəfdən isə qlobal və regional bazarlara çıxaraq yüksək dəyər yaradan texnologiya şirkətlərinin formalaşması da mühüm hədəflərdən biri kimi nəzərdən keçirilə bilər.

Əgər məqsəd qlobal miqyasda “unicorn” səviyyəli şirkətlərin yaranmasıdırsa, bu, adətən, uzunmüddətli inkişaf mərhələsi tələb edən bir prosesdir və bir çox ölkələr bu mərhələyə illər ərzində çatıb. Bu baxımdan Azərbaycan ekosistemi hazırda formalaşma və inkişaf mərhələsində qiymətləndirilə bilər.

Eyni zamanda daxili bazarın rəqəmsallaşdırılması və regional səviyyədə fəaliyyət göstərən innovativ startapların yaranması istiqamətində artıq müəyyən müsbət nümunələr mövcuddur.

Ümumilikdə ekosistemin inkişaf prioritetləri və uzunmüddətli hədəfləri müxtəlif platformalarda müzakirə olunur. Mənim şəxsi baxışıma görə, bu istiqamətlərin daha geniş şəkildə kommunikasiyası qiymətləndirmələrin aparılmasını da asanlaşdıra bilər.

- Yerli startapların qlobal bazarlara çıxışında əsas maneələr nələrdir?

- Qlobal bazara yönəlmiş startap yaratmaq ümumilikdə bütün ölkələr üçün mürəkkəb prosesdir. Bunun üçün yalnız texnologiya deyil, həm də beynəlxalq bazarların ehtiyaclarını, istifadəçi davranışlarını və biznes mühitini dərindən anlamaq vacibdir. Bu səbəbdən bir çox hallarda qlobal startaplar həmin bazarların daxilində fəaliyyət göstərən sahibkarlar tərəfindən formalaşır. Bu kontekstdə Azərbaycan diasporunun rolu xüsusi əhəmiyyət kəsb edir. ABŞ, Böyük Britaniya və Avropanın digər ölkələrində fəaliyyət göstərən azərbaycanlı sahibkarların yaratdığı texnoloji layihələr artıq bu potensialın mövcud olduğunu göstərir. Dövlət və özəl sektor tərəfindən diaspor ilə əməkdaşlığın genişləndirilməsi qlobal inteqrasiyanı daha da sürətləndirə bilər.

“Technovate” və “Qarabağdan Silikon Vadisinə” proqramı çərçivəsində məqsəd Azərbaycanda perspektivli komandaları müəyyən etmək, onların inkişafına dəstək vermək və beynəlxalq innovasiya ekosistemləri ilə əlaqələrini gücləndirməkdir. Bu proqramlarda əsas diqqət startapların sayından daha çox onların qlobal rəqabət qabiliyyətinin artırılmasına yönəlib.

- Qarabağın regional innovasiya mərkəzinə çevrilməsi nə dərəcədə realdır?

- “Silikon Vadisi” anlayışı dünyanın texnologiya baxımından ən unikal ekosistemidir və hətta ABŞ-nin Boston, Nyu-York və Austin kimi böyük texnologiya mərkəzləri belə ona tam bənzəyə bilməyib. Çin, Avropa və digər inkişaf etmiş ölkələr də eyni modeli təkrarlamağa çalışsa da, bu asan baş vermir.

Bu səbəbdən Qarabağı birbaşa “Silikon Vadisi”nə çevirmək real məqsəd kimi qoyulmamalıdır. Əsas məsələ düzgün mövqeləndirmədir: Qarabağ hansı sahələr üzrə ixtisaslaşacaq, hansı texnologiyalar üzərində fokuslanacaq və hansı iqtisadi nəticələr hədəflənir - bunlar aydın müəyyən edilməlidir.

Son dövrlərdə ölkədə rəqəmsal transformasiya istiqamətində atılan addımlar, xüsusilə yeni yaradılan rəqəmsallaşma idarəetmə mexanizmləri göstərir ki, bu sahəyə ciddi yanaşma mövcuddur. Fikrimcə, bu prosesə bir startap kimi yanaşmaq lazımdır — riskləri qəbul etmək, müxtəlif modelləri sınaqdan keçirmək və uğursuzluqlardan öyrənərək doğru modeli tapmaq.

- “Vençur studiya” modelinin Azərbaycan üçün əhəmiyyəti nədir?

- “Vençur studiya” modeli ABŞ-də formalaşıb və hazırda Avropada da sürətlə yayılır. Azərbaycanda da bu model artıq tətbiq olunmağa başlayıb və mən bunu çox müsbət tendensiya hesab edirəm.

Ənənəvi inkubator və akseleratorlardan fərqli olaraq “Vençur studiya” startaplarla birbaşa və uzunmüddətli işləyir. Statistik olaraq startapların uğur ehtimalı təxminən 4 faizdən 40 faizə qədər arta bilir. Buna görə hesab edirəm ki, Azərbaycanda həm korporativ, həm də müstəqil “Vençur studiya”ların sayı artmalıdır.

Digər vacib məsələ isə startaplara yanaşmanın dəyişməsidir. Startap yalnız gənclərin fəaliyyəti kimi qəbul edilməməlidir. Dünyada ən uğurlu startap təsisçilərinin böyük hissəsi 35–45 yaş aralığındadır. Təcrübə, risk götürmək bacarığı və bazar anlayışı bu mərhələdə formalaşır. Azərbaycan ekosistemi də bu reallığı qəbul etməlidir.

- Dövlətin rəqəmsal transformasiya gündəliyində startapların rolu barədə fikirlərinizi necə şərh edərdiniz?

- Startaplar rəqəmsal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir. Lakin burada iki paralel istiqamət olmalıdır.

Qlobal ambisiyalar üçün xaricdə yaşayan azərbaycanlı diaspor sahibkarlarının aktiv şəkildə prosesə cəlb edilməsi vacibdir. Bir də hesab edirəm ki, Azərbaycanda “hardware” startuplarına diqqət edilməlidir. Lokal və regional problemləri həll edən startuplar üçün isə ölkə daxilində ekosistem gücləndirilməlidir. Bunun üçün investisiya mühiti inkişaf etdirilməli, mələk investor şəbəkələri genişlənməli, hüquqi çərçivə modernləşdirilməlidir. Xüsusilə startap investisiyalarına uyğun yeni şirkət və müqavilə modellərinin tətbiqi vacibdir. Mövcud hüquqi strukturlar, məsələn, yalnız ənənəvi MMC modeli, innovativ investisiya mexanizmləri üçün kifayət etmir. “SAFE” - erkən mərhələli startaplar üçün nəzərdə tutulmuş, tez və çevik kapital cəlbinə imkan verən, qiymətləndirmə tələb etməyən müasir investisiya müqaviləsi və digər müasir investisiya alətlərinin hüquqi müstəvidə tətbiqi ekosistemin inkişafını sürətləndirə bilər.

Pərvanə Qafarova – müxbir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq