Fevralın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gecə və səhər bəzi yerlərdə havanın az yağıntılı olacağı, zəif qar yağacağı, gündüz isə dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 1°-dək isti, gündüz 2-6° isti olacaqdır.
Bakıda gecə 2° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 767 millimetr civə sütununa bərabər, nisbi rütubət 80-85 faiz olacaqdır.
Respublikanın qərb və şərq rayonlarında
hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə az yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı vardır. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 4-8° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.
Temperatur gecə 2-7° şaxta, gündüz 4-9° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-7° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 7-11°, gündüz 1-4° şaxta təşkil edəcəkdir
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi rayonlarda az yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı vardır. Gecə və səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti,
dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında rütubətli və soyuq diskomfort şəraitə baxmayaraq, daha təmiz və oksigenlə zəngin havanın üstünlüyü müsbət amil kimi qiymətləndirilir.