Fevralın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-3°, gündüz 3-6° isti olacaqdır.
Bakıda gecə 1-3°, gündüz 3-5° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 90-95 faiz olacaqdır
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 2-7° şaxta, gündüz 3-7° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 0-4° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, arabir sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-6° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 1-5° isti olacaq,
dağlarda gecə 6-10°, gündüz 0-4° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın yağıntılı olacağı, arabir sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlarda qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.