Fevralın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-3° , gündüz 3-6° isti olacaqdır.
Bakıda gecə 1-3° , gündüz 4-6° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacaq, gündüz tədricən kəsiləcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 4-9°, gündüz 0-4° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacağı ehtimalı vardır.
Temperatur gecə 2-4° , gündüz 5-9° isti olacaq, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 22-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Sonrakı 2 gün ərzində biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.