Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fidan Hacıyeva: Beynəlxalq Vokal Festivalı opera musiqisi dinləmək istəyən hər kəsi əhatə edəcək

Fidan Hacıyeva: Beynəlxalq Vokal Festivalı opera musiqisi dinləmək istəyən hər kəsi əhatə edəcək

Bakıda opera sənəti sahəsində irimiqyaslı tədbirə hazırlıq işləri gedir

 

Bakı, 21 oktyabr, Anarə Axundova, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, pedaqoq Fidan Hacıyeva 2024-cü ilin baharında keçirməyi planlaşdırdığı birinci Beynəlxalq Vokal Festivalına hazırlıq işləri ilə bağlı AZƏRTAC-ın müxbirinə müsahibə verib.

- Fidan xanım sosial şəbəkədəki səhifənizdə yazmısınız ki, bu festivalın keçirilməsi ideyası artıq bir neçə ildir ki mövcud idi, lakin onu gerçəkləşdirmək yalnız indi mümkün oldu. Nəyə görə?

- Yəqin ki, qismət belə imiş. Mən bu layihəyə tam hazır olmalı idim. Çünki o olduqca irimiqyaslı tədbir olacaq. Çox şadam ki, həmin vaxt nəhayət ki, yetişib və mən artıq öz arzumu həyata keçirə bilərəm. Layihədə tanınmış opera dirijorları, məşhur opera müğənniləri və mütləq şəkildə bizim opera solistlərimiz iştirak edəcəklər. Çünki doğma Azərbaycan artistlərinin olduqca zəngin, maraqlı səsləri, böyük repertuarları var və onları bütün dünya eşitməlidir. Mənə dəstək olan dostlarımın hər birinə öz təşəkkürümü bildirirəm. Xüsusi olaraq, Opera teatrına və bu ideyanı dəstəkləyən və öz məsləhətləri ilə mənə kömək olan Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazova minnətdaram. O, dünyada tanınmış müğənnidir, onun dəstəyi və tövsiyələri olduqca dəyərlidir.

- Festivalın məqsədləri barədə danışardınız.

- Bu layihəni biz, hər şeydən əvvəl, incəsənət naminə həyata keçiririk. Bu tədbir Azərbaycan və digər ölkələr arasında mədəniyyət mübadiləsidir. Festival zamanı həm Azərbaycan, həm də Qərbi Avropa bəstəkarlarının - Verdi, Puççini, Sen-Sans, Bize və başqalarının əsərləri səslənəcək. Dəvət olunmuş dirijorlar bizim musiqimizi təqdim edəcəklər. Çox istərdim ki, xaricdən dəvət etdiyimiz solistlər də Azərbaycan ariyalarını ifa etsinlər və ya solistlərimizlə birgə duet oxusunlar. Layihədə həmçinin gənc vokalçılar da iştirak edəcəklər, çünki onlara mütləq yol açmaq lazımdır. Bu festival onlar üçün əlamətdar hadisəyə çevriləcək, onlar məşhur artistlərlə eyni səhnəni bölüşəcəklər. Bir də bizim musiqi məktəbinin (Fidan Hacıyevanın musiqi məktəbi - red.) şagirdləri mütləq bu tədbirdə çıxış edəcəklər.

- Qarşıdakı yarım il ərzində hansı işləri görməlisiniz?

- Birincisi, proqram tərtib etməliyəm. İfaçılar öz repertuarlarını mənə təqdim etməlidirlər. Biz orkestrin müşayiəti ilə məşqlər keçirməliyik. Festivalda Mezzo kamera orkestri çıxış edəcək. Bu, mənim rəhbərliyim ilə yaradılmış qadınlardan ibarət ilk Azərbaycan orkestrdir. Onlar gənc vokalçılarla çıxış edəcəklər. Azərbaycanın rayonlarından birində, Bakıya gələ bilməyənlər üçün də konsert təşkil etmək istəyirəm. Biz özümüz onların yanına gedəcəyik. Yəni bu tədbir opera, klassik musiqini dinləmək istəyən hər kəsi əhatə edəcək. Bundan əlavə, Yusif Eyvazov festival çərçivəsində mənə həm də tamaşa nümayiş etməyi məsləhət görüb. Bu, yeni müasir quruluşda “Karmen” olacaq. Bütün bunları təşkil etmək üçün böyük iş görmək lazımdır.

- Festivalda hansı ölkələr iştirak edəcək?

- Hələ ki, İtaliya, Almaniya, Latviya, Mərakeş və Türkiyəni dəqiq deyə bilərəm - onlar iştirakını artıq təsdiq ediblər. Lakin digər ölkələrlə də danışıqlar aparılır.

- Siz gənc ifaçıların iştirak edəcəyini qeyd etdiniz. Hansı yaş kateqoriyaları nəzərdə tutulur?

- Mənim məktəbimdə, misal üçün, səkkiz yaşında uşaqlar var və onlar klassik ariyalar oxuyan çox istedadlı ifaçılardır. Onlar, ən gənc artistlər kimi iştirak edəcəklər. Biz mütləq konservatoriyanın tələbələrini cəlb edəcəyik. Yeri gəlmişkən, konsertlərdən birini konservatoriyada təşkil etmək istəyirəm. Təbii ki, yetkin ifaçılar kateqoriyası olacaq - bunlar, stajı olan təcrübəli müğənnilərdir. Bundan əlavə, ustad dərsləri təşkil edəcəyik. Burada opera musiqisi ilə maraqlanan, oxumaq istəyən və ya artıq oxuyan və inkişaf etmək istəyən hər kəs iştirak edə bilər.

- Festivalda iştirak edənlərin hansı üstünlükləri və perspektivləri olacaq?

- Təcrübəli müğənnilər üçün bu, ölkəsini təmsil etmək, sənətini nümayiş etmək və xalqlar arasında mədəni mübadilədə iştirak etmək imkanı yaradacaq ki, bu da çox vacibdir. Gənc ifaçılar üçün isə böyük səhnəyə qədəm qoymaq, orkestr ilə çıxış etmək və misli-bərabəri olmayan təcrübə əldə etmək şansı olacaq. Mən, misal üçün artıq 19-20 yaşda opera teatrında oxumuşam, lakin belə böyük festivallarda iştirak etməmişəm. Üstəlik adlı-sanlı peşəkarların dirijorluq etdiyi simfonik orkestr ilə çıxış etmək sənətə yeni başlayan artist üçün çox böyük fürsətdir. Opera musiqisi - bütün ölkələrdə tanınan dünya musiqisidir, bu, əsl mədəniyyətdir. Mən çox istərdim ki, Azərbaycanda bu janr hər zaman zirvədə olsun.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə ikinci yerdədir

Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilib

Fərid Qayıbov Çadın gənclər və idman naziri ilə görüşüb

İqtisadiyyat naziri: Azərbaycanda sahibkarların bizneslə məşğul olmaları üçün çox yaxşı şərait yaradılır

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

DİN: İyunun 27-də ölkədə qeydə alınan 42 cinayətin üstü açılıb

Eldəniz Babayev: Belə bir sərgi ilə bağlı ideya uzun illərdir qəlbimdə yaşayırdı

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik