Finlandiyada iqtisadi tənəzzülün bu il də davam edəcəyi gözlənilir
Bakı, 16 mart, AZƏRTAC
Finlandiya Mərkəzi Bankının proqnozuna görə, ölkədə iqtisadi tənəzzül 2024-cü il ərzində də davam edəcək və bərpa əlamətləri yalnız ilin sonuna doğru ortaya çıxacaq.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, Mərkəzi Bank bu il üçün Finlandiyanın iqtisadi artımında 0,5 faizlik azalma və ilin sonuna doğru isə sıçrayış gözləyir. Bankın proqnozuna görə, ölkənin ümumi daxili məhsulu (ÜDM) 2025-ci ildə 1,7 faiz, 2026-cı ildə isə 1,5 faiz artacaq.
Ekspertlər 2024-cü il üçün ÜDM-in 0,2 faiz azalacağını, növbəti iki il üçün isə müvafiq olaraq 1,5 faiz və 1,3 faiz artacağını proqnozlaşdırır. Bank iqtisadi tənəzzülü qiymətlərin və faiz dərəcələrinin yüksəlməsi, eləcə də inşaat sektorundakı durğunluq və ixracın azalması ilə əlaqələndirib.
Finlandiya Bankının proqnozlar üzrə rəhbəri Meri Obstbaum mətbuata açıqlamasında geosiyasi gərginliyin iqtisadi artımı daha da zəiflədə biləcəyi, bununla yanaşı, avrozonada inflyasiyanın davamlı olacağı barədə xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]