Forum iştirakçısı: Prezident İlham Əliyevin mövqeyini birbaşa dinləmək imkanı əldə etdik
Bakı, 9 aprel, AZƏRTAC
“Yeni dünya nizamına doğru” mövzusunda Bakıda keçirilən beynəlxalq forum Azərbaycanın siyasətini və ölkə ilə bağlı ətraflı məlumatları öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu forumun iştirakçısı, Macarıstanın Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Lazlo Vaşa AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
O, forumda artıq bir neçə dəfə iştirak etdiyini və bu baxımdan təcrübəli iştirakçı sayıldığını vurğulayaraq bildirib: “Forumun Qafqaz və Mərkəzi Asiya regionları üzrə beynəlxalq ekspertləri bir araya gətirməsi olduqca önəmlidir. Bu dəfə tədbirdə 80-dən çox ekspert iştirak edir. Burada Prezident İlham Əliyevin şəxsən iştirakı sayəsində istənilən mövzu üzrə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sahəsindəki mövqeyi ilə bağlı fikirlərini birbaşa öyrənmək imkanı əldə edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]