Fransa 2013-cü ildə də dünyanın əsas turizm istiqaməti olmuşdur
Bakı, 3 aprel (AZƏRTAC). 2013-cü ildə 85 milyon turist qəbul edən Fransa yenə də dünyada xarici qonaqların ən çox üz tutduqları ölkə olmuşdur.
Bu barədə Fransanın Turizmin İnkişafı Agentliyinin rəhbəri Kristian Mantei məlumat vermişdir.
O demişdir: “Fransa 2013-cü ildə 85 milyon xarici turist qəbul etmişdir ki, bu da bir il əvvəl ilə müqayisədə 6 faiz çoxdur.
Biz dünyada bir nömrəli turizm istiqaməti adını bir daha təsdiq etdik. Bu, yaxşı nəticədir, lakin indi vəzifəmiz xarici turistlərin hələlik az üz tutduqları regionlarda onların sayını artırmaqdır. Məsələn, Mərkəzi Fransanın Overn departamentinin böyük turizm potensialı olsa, burada xarici turistlərin sayı turistlərin ümumi sayının cəmi 15 faizini təşkil edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]