Fransa iqtisadiyyatı 2024-cü ilin sonunda kiçilib

Paris, 17 mart, AZƏRTAC
Ötən ilin dördüncü rübündə Fransa ÜDM-ində 0,1 faiz azalma, G20-nin artımında isə göstərici 0,9 faiz səviyyəsində sabit qalıb.
AZƏRTAC xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dərc etdiyi son hesablamalara görə, bu azalma cüzi olsa da G20 zonası daxilində artımın sabitliyi ilə ziddiyyət təşkil edir. Belə ki, burada ÜDM əvvəlki rübdə olduğu kimi 0,9 faiz artıb.
Qeyd edilən dövrdə Almaniyada 0,2 faiz azalma, İtaliya və Böyük Britaniyada isə yalnız 0,1 faiz cüzi artım qeydə alınıb. Fransanın geriləməsi bir neçə rüb zəif artımdan (2024-cü ilin üçüncü rübündə +0,4 faiz və ikinci rübdə +0,3 faiz) sonra baş verir ki, bu da ölkənin davamlı iqtisadi sürəti bərpa etmək qabiliyyəti ilə bağlı narahatlıqları artırır.
2024-cü il ərzində Fransada 2023-cü ilə nisbətən (0,9 faiz) 1,2 faiz illik artım olub. Lakin bu, digər bir sıra G20 ölkələrinin göstəricilərindən aşağıdır. İtaliyada isə 0,7 faiz artım qeydə alınıb. G20-nin ümumi artımı 2023-cü ildəki 3,4 faizdən 2024-cü ildə 3,2 faizə qədər azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [16:46]
Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
- 25.04.2025 [16:24]
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
- 25.04.2025 [16:19]
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb
- 25.04.2025 [16:10]
Gürcüstanda sərnişin qatarında yanğın olub
- 25.04.2025 [15:51]
Pakistan Hindistanın şimalındakı hücumda iştirakını inkar edib
- 25.04.2025 [15:33]
İsveçdə yeni vətəndaşlıq alanların sayının xeyli azalacağı gözlənilir
- 25.04.2025 [15:29]