Fransada dünyanın ən yaşlı qadını vəfat edib
Bakı, 18 yanvar, AZƏRTAC
Fransanın Tulon şəhərindəki qocalar evində dünyanın ən yaşlı qadını, 118 yaşlı rahibə Lüsil Randon vəfat edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Lüsil Randon 2022-ci ilin aprelində Yaponiyada 119 yaşlı Kane Tanakanın ölümündən sonra dünyanın ən yaşlı qadını tituluna yiyələnmişdi.
Lüsil 1904-cü il fevralın 11-də protestant ailəsində anadan olub, 26 yaşında isə katolikliyi qəbul edib. O, Birinci Dünya müharibəsi illərində üç qardaşından ikisinin sağ qayıtmasını həyatının ən böyük sevinci adlandırırdı.
Parisin varlı ailələrində qulluqçu kimi çalışan qadın 41 yaşında rahibə andı içərək 31 il Vişi şəhərindəki xəstəxanada işləyib. 1979-cu ildən qocalar evində yaşayan Lüsil Randon kor və əlil arabasında hərəkət etdiyi vaxtlarda belə, digər yaşlı insanlara qayğı göstərir və təsəlli verirdi. 2021-ci ildə koronavirus infeksiyasına yoluxsa da, sağ qalmışdı.
Qeyd edək ki, dünyanın ən uzunömürlü insanı 1997-ci ildə 122 yaşında vəfat edən, məlumatları sənədlə təsdiqlənən fransalı qadın Janna Kalmandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]