Fransada əczaçılar tətil etməyə çağırılıblar
Paris, 1 avqust, AZƏRTAC
Fransada fəaliyyət göstərən “Əczaçılar” Həmkarlar İttifaqları Birliyi avqustun 16-sı üçün ümummilli tətilə çağırış edib. Bu addım hökumətin generik dərmanlara tətbiq olunan kommersiya endirimlərini 40 faizdən 20-25 faizə qədər azaltmaq qərarına qarşı atılıb.
AZƏRTAC xəbər verir ki, təşkilatın yaydığı bəyanatda bildirilib ki, bu qərar ölkədəki apteklərin təxminən üçdəbirini ciddi maliyyə çətinlikləri ilə üz-üzə qoya bilər. “Endirimlərin azaldılması əczaçılar üçün böyük risklər yaradır. Bir çox sahibkarlar apteklərinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar keçirirlər”, - deyə bəyanatda vurğulanıb.
“Əczaçılar” Həmkarlar İttifaqları Birliyinin çağırışına bir sıra təşkilatlar da qoşulub.
Fransanın Baş naziri Fransua Bayru isə növbəti il səhiyyə xərclərinin təxminən 5 milyard avro azaldılacağını deyib. O, bu çərçivədə vətəndaşların dərman xərclərinin yüksələ biləcəyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]