Fransalı deputat: Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi neytral olmalıdır
Paris, 11 noyabr, AZƏRTAC
Fransa Milli Assambleyasının deputatı, xarici işlər komissiyasının üzvü Jan Luk Reytzer təmsil etdiyi partiyanın üzvlərinə məktub ünvanlayıb və Fransanı bitərəf olmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, fransız deputat Milli Assambleyada təmsil etdiyi partiyanın üzvlərinə ünvanladığı məktubda Fransanı Minsk qrupunun həmsədr ölkəsi kimi neytral olmağa səsləyib. O, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsini xatırladaraq, Ermənistanın Azərbaycanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, onun ətrafında yalnız azərbaycanlıların yaşadığı 7 rayonu da işğal etdiyini diqqətə çatdırıb. Həmin qətnamələrin erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini vurğulayıb.
Deputat Fransanın bitərəfliyi qorumalı olduğunu, əks təqdirdə, ziddiyyətlərlə üzləşəcəyini, beynəlxalq nüfuzunu, etimadını və imicini zəiflədəcəyini və diplomatik əlaqələrinə ziyan dəyəcəyini bildirib. O vurğulayıb ki, BMT-nin qətnamələrinə hörmətlə yanaşmaq lazımdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]