Fransız hərbçilərdən sonra alman əsgərləri də Niamey bazasını tərk ediblər
Paris, 31 avqust, AZƏRTAC,
Nigerin hakimiyyət orqanları ilə Almaniya arasında aparılan bütün danışıqlar nəticəsiz qaldıqdan sonra sonuncu alman əsgərləri bu gün Niamey hərbi bazasını tərk ediblər. 2023-cü ilin sonunda Fransa əsgərlərinin və sentyabrın 15-nə qədər Amerika ordusunun çıxması tələbindən sonra alman əsgərlərinin də ölkəni tərk etməsi tələb olunub.
AZƏRTAC xəbər verir ki, Niger ordusunun baş qərargah rəisi Mamane Sani Kiaou, ümumilikdə, beş yük təyyarəsi reysi ilə 60 alman əsgəri və 146 ton texnikanın Almaniyaya göndərildiyini bildirib. O, yolasalma mərasimini alman əsgərlərinin Nigerdən tam şəkildə çıxarılmasının və onların təsirinin dayandırılmasının sonunu bildirən hadisə adlandırıb.
Almaniya hərbçilərinin Nigerdən çıxmasına tərəflərin icarə müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməməsi səbəb olub.
Bildirilir ki, alman əsgərləri Niameyi tərk edərək, özlərindən sonra 130 milyon avro dəyərində baza qoyublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]