Futbol üzrə İngiltərə milli komandası yeni rekorda imza atıb
Bakı, 13 noyabr, AZƏRTAC
Futbol üzrə İngiltərə milli komandası yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, komanda buna dünya çempionatının seçmə mərhələsi çərçivəsində üz-üzə gəldikləri Albaniya yığması ilə oyunda nail olub.
İngiltərə millisi ötən gecə doğma meydanda Albaniyanı 5:0 hesabı ilə məğlub edib. Bununla da Qaret Sautqeytin baş məşqçi olduğu komanda 2021-ci ildə 41-ci qolunu vurub. Nəticədə İngiltərə yığması 1908-ci ildəki qol rekordunu geridə qoyub. Həmin vaxt britaniyalılar il ərzində 39 dəfə fərqlənməyi bacarmışdılar.
İngiltərə millisi seçmə mərhələdə yer aldığı I qrupunda 23 xalla liderdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]