Füzuliyə qayıdan sakin: Azərbaycan Ordusunun tarixi Qələbəsi hər zaman yaddaşlarda qalacaq
Bakı, 11 sentyabr, AZƏRTAC
Bu gün 30 illik ayrılıqdan sonra öz yurdlarına qayıdan füzulililərin timsalında bizim də xoş günümüzdür. Çünki bu gün yurd həsrəti sona çatır. Ermənilərin təcavüzü nəticəsində 37 yaşımda üç uşaqla Füzulidən köçməyə məcbur qalmışdıq. Çox çətin və məşəqqətli günlər idi. Sevinirik ki, həmin anlar geridə qaldı, hazırkı vəziyyəti sözlə ifadə etmək çətindir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Füzuliyə qayıdan sakin Fəridə Əliyeva söyləyib.
O bildirib ki, Azərbaycan Ordusunun tarixi Qələbəsi hər zaman yaddaşlarda qalacaq, gələcək nəsillər tərəfindən fəxarətlə xatırlanacaq.
“Biz xoşbəxtik ki, bu tarixin bir hissəsiyik və bundan sonra doğma yurdda - işğaldan azad edilmiş yerlərdə yaşayacağıq. Arzu edirəm ki, azad Azərbaycanın bayrağı hər zaman yüksəklərdə dalğalansın, düşmənlərimiz də baxıb xar olsunlar”, - deyə Fəridə Əliyeva bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]
NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO
- 30.09.2026 [12:43]
Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
- 30.09.2026 [12:41]