“Galileo” sistemi ATAA-ya üzv şirkətlərin nümayəndələrinə ödənişsiz tədris olunacaq
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və “Travelport” şirkəti arasında qarşılıqlı əməkdaşlığa əsasən təlim kursları davam edir.
AZƏRTAC xəbər verir ki, aviabiletlərin rezervasiyası zamanı istifadə olunan “Galileo” GDS sisteminin əhəmiyyəti nəzərə alınaraq ATAA-nın İdarə Heyətinin sədri tərəfindən “Travelport” şirkətinin rəhbərliyinə ünvanlanan müraciət müsbət qarşılanıb və təlim kurslarının keçirilməsi istiqamətində razılıq əldə edilib.
Bununla əlaqədar olaraq avqustun 18-dən etibarən ATAA və “Travelport” şirkətinin təşkilatçılığı ilə Assosiasiyanın üzvləri ödənişsiz əsaslarla “Galileo” sisteminin təlim kurslarında iştirak edə biləcəklər. Kursu bitirənlər müvafiq sertifikatlarla təmin olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]