Gələcək nəsillər dahi şəxsiyyətin irsini daha dərindən öyrənmək ruhunda tərbiyə olunmalıdır
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələnlər arasında gənc fəal Nəzərbəy Hacıağayev də var idi.
Nəzərbəy Hacıağayev AZƏRTAC-a müsahibəsində söyləyib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünən dahi şəxsiyyət olub.
N.Hacıağayev Ümummilli Liderin gənclərə böyük qayğı ilə yanaşdığını vurğulayaraq deyib: “O, respublikaya rəhbərliyinin bütün dövrlərində sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə çalışırdı. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gələcək nəsillər dahi şəxsiyyətin irsini daha dərindən öyrənmək ruhunda tərbiyə olunmalıdır”.